Hüceyrələrin Müxtəlif Orqanlara Çevrilməsi Dünyadakı Ən Böyük Möcüzələrdən Biridir

imagesAna və atadan gələn xromosomlar ana bətnində yeni mayalanmış yumurta hüceyrə formasındadır. Bu hüceyrə sürətlə bölünməyə başlayır və hüceyrələr bölündükcə müxtəlifləşir, yəni müxtəlif funksiyalar qazanır və orqanizmin hansı hissəsində olmalıdırlarsa, o hissəyə gedirlər. Bir-birinin eyni olan hüceyrələrdən ibarət ət yığını olmaq əvəzinə bir qismi, məsələn, göz hüceyrəsi məhz lazımi yerə, bir qismi isə ürəyi təşkil edərək döş qəfəsindəki yerinə gedir və ya dəri hüceyrəsi olub bütün bədəni örtür.

Hüceyrələrin proqramlanmış şəkildə müxtəlif zülallar hasil edib fərqli orqanlara çevrilməsinə tibbi dildə “müxtəlifləşmə” və ya “morfogenez” deyilir. Hüceyrələr bu bölünmə mərhələsində çox dəqiqliklə və müştərək işləyirlər. Bəs bu qədər mükəmməl nizam və mütəşəkkillik necə baş verir? İsrailli biofizik dr. Li Spetner də buradakı möcüzəvi yaradılışa belə diqqət çəkir: Oxumağa davam et

Hüceyrədəki Kompleks Quruluş və Sistemlər

Darvinin dövründə canlı hüceyrəsinin kompleks quruluşu məlum deyildi. Bu səbəbdən, dövrün təkamülçüləri canlıların necə meydana gəlməsi sualına “təsadüflər və təbii hadisələr” cavabını verməyin inandırıcı olduğunu hesab etmişdilər. Darvin ilk hüceyrənin “kiçik və ilıq su gölməçəsində” asanlıqla əmələ gəldiyini irəli sürmüşdü.239 Darvinin tərəfdarlarından alman bioloq Ernst Hekkel isə araşdırma gəmisiylə okeanın dibindən çıxarılan palçıq qarışığını mikroskop altında tədqiq etmiş və bunun canlıya çevrilən cansız maddə olduğunu iddia etmişdi. “Hekkel palçığı” (Bathybus Haeckelii) adlanan bu “canlanan palçıq” təkamül nəzəriyyəsini irəli sürən şəxslərin canlıları nə qədər bəsit hesab etdiklərinin bir ifadəsi idi. Oxumağa davam et

Fiziki Varlığın Sərhədi: Kvarklar

Hüceyrənin təməlindəki atomların, onların içindəki proton və neytronların və bunların da içindəki kvarkların (quark) mexanizmlərindəki üstün yaradılış inanclı olub-olmamasından asılı olmayaraq hamını heyrətə salacaq mükəmməllikdədir. Hava, su, dağlar, heyvanlar, bitkilər, bədəniniz, oturduğunuz stul, qısası ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan meydana gəlmişdir. Əlinizlə toxunduğunuz kompüter milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik parçacıqlardır ki, ən güclü mikroskoplarla belə bir dənəsini görmək mümkün deyil. Bir atomun diametri ancaq millimetrin milyonda biri qədərdir. Oxumağa davam et

Dünyanın Ən Böyük Paylama Şəbəkəsi: Qan Dövranı Sisitemi

100 trilyon evdən ibarət bir şəhər təsəvvür edək. Sizcə bu şəhərdəki evlərin hər birinin istəklərini bir anda yerinə yetirən bir paylama şirkəti ola bilər? Bir çoxunuz buna “əlbəttə, ola bilməz” cavabını verəcəksiniz. Ancaq buna bənzər bir sistem hər insanın orqanizmində mövcuddur. İnsanın orqanizmindəki evlər hüceyrələrdir, paylama şirkəti isə saysız-hesabsız işçisi olan qan dövranı sistemidir. Qan dövranı sistemi işçiləri insan bədənindəki təxminən 100 trilyon hüceyrəni bir-bir gəzir. Bu sistemin ən vacib işçisi ürəkdir. Ürək çirkli və təmiz qanın bir-birinə qarışmadan orqanizmin müxtəlif yerlərinə pompalanmasını təmin edən dörd fərqli kamerası, təhlükəsizlik vəzifəsini görən qapaqcıqları ilə son dərəcə həssas qurulmuş bir nizama malikdir.

Ürəyi tədqiq etdikdə onun yalnız bir pompadan ibarət olmadığını, Oxumağa davam et