Bir Ayə – Bir Açıqlama: “Huməzə” Surəsi, 1

images

(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! (Huməzə surəsi, 1)

Ayədə arxada qeybət edib qaş-göz hərəkətləri ilə istehza edənlərə Allah xəbərdarlıq edir. Bu xəbərdarlıq qeybətin və istehzanın Allah dərgahında nə qədər böyük günah olduğunun açıq-aşkar dəlilidir.

Qeybət bir şəxsin arxasınca onun xoşuna gəlməyən sözlər demək kimi tərif edilir. Əsasən, bir şəxsin arxasınca danışanlar özlərini müdafiə üçün söylədiklərinin doğru olduğunu, yalan danışmadıqlarını, bunun qeybət olmadığını ifadə etsələr də, onların etdiyi, əslində, qeybətdir. Oxumağa davam et