Həsəd Etməyin!

İman gə­tir­miş in­san di­gər in­san­lar­dan üs­tün dav­ra­nı­şa ma­lik olur. La­kin bu onun im­ta­ha­nı­nın so­na çat­ma­sı de­mək de­yil. Mö­mi­nin də bü­tün in­san­lar ki­mi nəf­si var.

Al­lah im­ta­ha­nın bir zə­ru­rə­ti ki­mi ona gü­nah­lar­dan və pis əməl­lər­dən çə­kin­mə­si­ni il­ham et­di­yi­ni Quran­da bil­dir­miş­dir («Şəms» su­rə­si, 8). Pa­xıl­lıq, hə­səd ki­mi mən­fi əx­laq xü­su­siy­yət­lə­ri də gü­nah­la­ra da­xil­dir və bu, bü­tün in­san­la­rın nəfs­lə­rin­də var:

«…An­caq nəfs­lər­də xə­sis­lik hə­mi­şə möv­cud­dur. Əgər siz yax­şı do­la­nıb (da­va-da­laş­dan, ko­bud rəf­tar­dan) çə­kin­sə­niz bu si­zin üçün da­ha yax­şı olar. Şüb­hə­siz ki, Al­lah et­di­yi­niz hər bir iş­dən xə­bər­dar­dır!» («Ni­sa» su­rə­si, 128). Oxumağa davam et

Müxtəlif İrqlərin Varlığı Təkamül Nəzəriyyəsinə Dəlil Deyil

Təkamül nəzəriyyəsinin bəzi tərəfdarları müxtəlif insan irqlərinin olmasını təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia əslində müdafiə etdikləri nəzəriyyəni belə kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən daha çox dilə gətirilir.

Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlamışsa, bir-birindən fərqlənən irqlər necə meydana çıxmışdır?” sualına əsaslanır. Başqa sözlə, “Hz. Adəm və Hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə, hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə ortaya çıxmışdır?” deyirlər.

Oxumağa davam et