PEYĞƏMBƏRLƏR ƏDALƏT GƏTİRİBLƏR

15İnsanların böyük əksəriyyətinin fikrincə, Allahın Quranda təsvir etdiyi ədalətin hakim olduğu mühit sadəcə kitablarda təsvir edilən və insanların xəyallarını bəzəyən utopiyadır. Bu düşüncəyə görə əsil ədalətin hakim olduğu cəmiyyətin olması əsla mümkün deyil. Halbuki bəşəriyyət tarixi boyu Quranda əmr edilən ədalətin hökm sürdüyü, insanlar arasında əmin-amanlıq, sevgi və təhlükəsizliyin olduğu dövrlər olmuşdur.

Allahın insanları xəbərdar etmək üçün göndərdiyi elçilərin yaşadığı cəmiyyətdə tolerantlıq, sülh və ədalət hökm sürmüşdür. Allahın “Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.” (Yunus surəsi, 47) ayəsində bildirdiyi kimi, bu dövrlərdə heç kimə zülm edilməmiş, insanlar arasında ədalət hakim olmuşdur.

Oxumağa davam et

Quranda Hz. İbrahimin Duaları

hz_ibrahimin_kirdigi_putlarin_yerine_yenilerini_koymamak_h14398Hal-hazırda milyonlarla insanın həcc ibadətini yerinə yetirmək üçün ziyarət etdiyi Kəbəni inşa edən hz. İbrahim Quranda təkbaşına bir ümmət kimi tanıdılır. Hz. İbrahim oğlu hz. İsmayılla birlikdə bundan minlərlə il əvvəl Allah’ın vəhyi ilə insanların toplaşacaqları və Onu zikr edəcəkləri, ilin müəyyən vaxtlarında oraya həccə gələcəkləri bir ev inşa ediblər. Bu evin Qurani-kərimdəki adı Kəbədir. Hər ikisi bunu ibadət olaraq etmiş və sonra Allah’a belə dua etmişlər:

O zaman İbrahim və İsmayıl evin bünövrəsini qaldırarkən (dua etdilər): “Ey Rəbbimiz! Bizdən qəbul et! Həqiqətən, Sən eşidənsən, bilənsən! (Bəqərə surəsi, 127) Oxumağa davam et