Hz. İsa İkinci Dəfə Yer Üzünə Gələcək…

Axır zamanın bir başqa müjdəli mövzusu olan Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi mövzusu bəzi insanlar tərəfindən örtbasdır edilərək unutdurulmağa çalışılır.

Halbuki Hz. İsanın ikinci dəfə yer üzünə gəlməsi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v.) hədislərində iman edənlərə müjdələnilmiş bir gerçəkdir. Bu hədislərdən bəziləri  belədir:

“Həyatım əlində olan Allaha and içirəm ki, Məryəm oğlu (İsa Əleyhissəlam)ın ədalətli bir hakim olaraq sizin aranıza enməsi şübhəsiz yaxındır. ” (Sahihi Müslim, 6/532) Oxumağa davam et

Axır Zamanda Unutdurulmağa Çalışılan Axır Zaman Mövzuları

Axır zamanda gələcək şəxslər və bu dövrdə yaşanacaq hadisələr insanlığın əsrlərdir böyük maraqla gözlədiyi əhəmiyyətli mövzulardandır. Ancaq son dövrdə bəzi insanlar tərəfindən axır zamanla bağlı əlamətlər, xəbər və müjdələr qulaqardına vurulur, bu gerçəklər insanlardan gizlədilməyə və ya unutdurulmağa çalışılır.

Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.v.) hədislərində ətraflı şəkildə bildirilən axır zaman əlamətlərinə görə axır zaman iki dövrdən ibarətdir. Bu müqəddəs zamanın ilk dövrü pozulmaların, degenerasiyanın, fəlakətlərin, qarşıdurmaların, müharibələrin, yoxsulluqların yaşanacağı  dövrdür. Axır zamanın ikinci dövrü isə Hz. İsanın yenidən yer üzünə gəlişi və Hz. Mehdinin ortaya çıxması ilə birlikdə yer üzünə sülhün, dincliyin, azadlığın hakim olduğu, bolluğun və bərəkətin yaşandığı, insanların hər baxımdan məmnun olduqları gözəlliklərlə dolu bir dövrdür. Oxumağa davam et

İnsanlıq Tarixi Və Haqq Dinin Başlanğıcı

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.), qiyamətdən öncə reallaşacaq olan hadisələri 1400 il bundan əvvəl hədislərdə hər tərəfli olaraq təsvir etmişdir. Hədislərə əsasən müharibələr, anarxiya, yoxsulluq, təbii fəlakətlər artacaq, insanlar gözəl əxlaqdan uzaqlaşacaq, saxta peyğəmbərlər ortaya çıxacaq. Dünya tarixi Allahın yaratdığı qədərə əsasən davam edəcək və Allah, axır zamanda zühur edəcək Hz. Mehdi və ikinci dəfə yer üzünə gələcək Hz. İsanı, Qızıl dövrün yaşanması üçün lazım olan şərtlərin meydana gəlməsinə səbəb edəcək. Oxumağa davam et

Hz. Mehdi (ə) Heç Kimin Anlayıb-Qavramayacağı Bir Ruh Deyil, Peyğəmbərimizin (s.ə.v.) Xəbər Verdiyi Yüzlərlə Əlaməti Özündə Cəmləşdirən Mübarək Bir İnsandır

Peyğəmbər Əfəndimizin (s.ə.v.) hədislərində və İmam Rəbbani, Cəlaləddin Suyuti, Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin izahlarında Hz. Mehdinin (ə) fiziki və əxlaqi xüsusiyyətləri, harada ortaya çıxacağı, çıxışının əlamətlərinin nələr olduğu, ona necə beyət ediləcəyi təfərrüatlı şəkildə təsvir edimişdir. MEHDİYƏTİ İZAH EDƏN MİNLƏRLƏ HƏDİSDƏ HZ. MEHDİ (ə) BİR ŞƏXS, ALLAHIN ÜSTÜN ELMLƏR VERDİYİ BİR BƏŞƏR OLARAQ BİLDİRİLİR. HEÇ BİR HƏDİSDƏ HZ. MEHDİNİN (ə) RUH OLDUĞU BİLDİRİLMƏYİB. BELƏ BİR EYHAM, BİR İŞARƏ YOXDUR.

1400 ildir İslam dünyasından heç kim Hz. Mehdinin (ə) ruh olaraq gələcəyini iddia etməyib. Peyğəmbərimizin (s.ə.v.) bütün xüsusiyyətləriylə xəbər verdiyi bu mübarək şəxsin gəlişini həyəcanla gözləyən təxminən 1,5 milyardlıq İslam aləmi də ruh və ya mücərrəd bir varlıq gözləmir. Bütün İslam dünyası müsəlmanların mənəvi lideri olacaq, onları birləşdirəcək Hz. İsa (ə) ilə birlikdə İslam əxlaqını dünyaya hakim edəcək, dünyada Əsri-Səadət dövrü kimi gözəl bir dövrə vəsilə olacaq bu mübarək şəxsi həyəcanla gözləyir. Oxumağa davam et

Hz. İsa Necə Tanınacaq? -1- (Hz. İsanın şəxsi keyfiyyətləri və fiziki xüsusiyyətləri)

Hz. İsa bütün peyğəmbərlər kimi Allahın insanları haqq yola çağırmaqla vəzifələndirdiyi seçilmiş bir bəndədir. Ancaq Hz. İsanı digər peyğəmbərlərdən fərqləndirən bəzi xüsusiyyətləri var. Ən vacib xüsusiyyəti isə  hələ də ölmədiyi, Allah Qatına qaldırılaraq bir gün geri qaytarılacağıdır.

Hz. İsa bundan təxminən 2000 il əvvəl yaşayan, Allahın dünyada və axirətdə üstün etdiyi bir elçidir. Hz. İsa doğumu, həyatı, Allah Qatına qaldırılmağı və bu kimi digər hadisələrlə möcüzəvi bir həyata sahib olmuşdur. Bu mübarək şəxsin həyatı Quranda ətraflı şəkildə xəbər verilmişdir. Allah Quranda bir çox peyğəmbərin qissəsini bizə bildirir. Ancaq Hz. İsa bir çox xüsusiyyəti ilə digər peyğəmbərlərdən fərqlənir. Allahın dərin elm verdiyi bu qiymətli bəndə hələ beşikdəykən danışmağa başlamış, dünyada qaldığı müddət ərzində isə ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir. Oxumağa davam et

Bir İnsanın Yuxusunda Hz. Mehdini (ə.s.) Gördüyüynü Deməsi, Hz. Mehdini Tanımaq Üçün Dəlil Ola Bilməz

Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdi haqqında ətraflı məlumat vermişdir. Hz. Mehdinin zühurunu müjdələyən yüzlərlə əlaməti əhatəli şəkildə xəbər vermiş, Hz. Mehdinin fiziki xüsusiyyətlərini ən incə detallarına qədər təsvir etmiş, Hz. Mehdinin əxlaqının necə olacağını izah etmişdir. Böyük İslam alimləri də Peyğəmbərimizin (s.ə.v.) hədislərinə əsasən Hz. Mehdinin hicri təqvimlə 1400-cü ildə zühur edəcəyini, İslam dünyasında birliyi bərqərar edəcəyini, Hz. İsa ilə birlikdə İslam əxlaqının hakim olmasında vasitəçi olacağını hamının başa düşəcəyi üslubla açıqlayıblar. Allah qədərdə kimi təqdir edibsə Hz. Mehdi odur. Səmimi möminlər imanın nuru ilə, yəni gördükləri və şahid olduqları hadisələri vicdanları ilə qiymətləndirərək Hz. Mehdini tanıya bilərlər. Ancaq bir insana qəti olaraq “Hz. Mehdidir” demək Qurana ziddir. Oxumağa davam et

Hz. Mehdi (ə) Əsrin Əvvəllərində Çıxacaq

Hədislərdə Hz. Mehdinin (ə) əsrin əvvəllərində gələcəyi bildirilir.

Çünki onun (Hz. Mehdinin (ə)) əsr əvvəllərində zühur edəcəyi (çıxacağı) bildirilir. (Məktubati Rəbbani)

Əvvəlki məqalələrdə izah edildiyi kimi Ümməti Muhəmmədin ömrü 1500 (min beş yüz) ili keçməyəcəkdir. Hicri 1500-cü ilə çatmağa isə bir əsr əvvəli qalmışdır. O da Hicri 1400-ci ilin əvvəlidir.

Hz. Mehdinin (ə) zühur zamanı ilə bağlı hədisləri araşdırdıqda belə bir ortaq nəticəyə gəlirik ki, Hz. Mehdi (ə) Hicri 14-ci əsrin əvvəllərində çıxmalıdır. Növbəti yazılarda qeyd edəcəyimiz kimi Hz. Mehdinin (ə) çıxış əlamətlərinin də, toplu olaraq Hicri 1400-cü ilin əvvəllərində ardıcıl olaraq reallaşması da bu nəticəni qüvvətli şəkildə təsdiqləyir.