Hz. Mehdinin (ə.s) çıxış zamanı

Ənəs bin Malikdən rəvayət etdi. O dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: dünyanın ömrü axirət günlərindən yeddi gündür. Allah-Təala buyurdu ki, Rəbbin qatında bir gün sizin saydıqlarınızdan min il kimidir.

Ənəs bin Malikdən rəvayət edildi ki, Rəsulullah (s.ə.v) buyurdu: kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah-Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə bu dünyanın yeddi min illik ömrünə bərabər savab yazar. (Kitab-ül Buran Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 88)

Rəsulullah (s.ə.v) keçmişlə, gələcəklə və axirət həyatı ilə bağlı məsələlər haqqında xəbər verərkən təşbehlərdən istifadə etmişdir. Burada dünyanın əsl yaşının 7 min il olduğu nəzərdə tutulmur (Allahualəm). 7 min illə əlaqədar rəvayətlər bir təqvim başlanğıcı kimi tarixdə əhəmiyyətli bir hadisəyə, məsələn, tufandan sonra insanların məskunlaşmasına və dünya həyatının aşkar bir vəchlə yenidən başlamasına aid ola bilər. Yəni o tarixdən etibarən tarix sanki yenidən başlamışdır, insanların sayı artmış, şəhərlər çoxalmışdır. Oxumağa davam et

İmam Rəbbani və Mehdinin zühur etmə tarixi

İmam Rəbbani Hz. Mehdinin Peyğəmbərimizin (səv) vəfatından 1000 (min) il keçdikdən sonra, “min ilə ikinci min il arasında” gələcəyini bildirmişdir:

Ancaq gözlənilən odur ki, min il keçdikdən sonra bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib suyu tapması, artırıla… Beləcə kəmalatın (fəzilətlərin, mükəmməlliklərin) əsli zühur edib onun zillətini örtə.. Və uca bağlılığa dəyər verən Hz. Mehdi gəlsin. Allah ondan razı olsun. (Məktubatı Rəbbani, 1/569)

Şəriətin təsdiqi, milləti tecdidi (yenilənməsi) bu ikinci mindədir. Bu iddianın doğruluğuna ədalətli şahid: İsanın (ə.s.) Hz. Mehdinin (r.ə.) bu min içində gəlməsidir. (Məktubatı Rəbbani, 1/611) Oxumağa davam et