Musəvi Mənbələrdə Hz. Mehdinin (ə.s.) Çıxış Əlamətləri

Ateizmin yayılması:

(Mehdinin) gələcəyi nəsildə… bütün dövlətlər Minim dinini (ateizmi) qəbul edəcək və verilən öyüdlərdən üz çevirəcək… (Talmud, Sanhedrin 11:97a)

Dindarların xor görülməsi:

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gəldiyi nəsildə… Allahdan qorxan insanlar xor görüləcək. (Talmud, Sanhedrin 97a)

Din əxlaqından uzaqlaşılması:

(Mehdinin) gələcəyi nəsildə… Haqqdan uzaqlaşcaqlar… (Talmud, Sanhedrin 97a)

Hökumətlərin din əxlaqından uzaqlaşması:

Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə… dövlət başçıları dalalətə düşəcək (dini inanclara qarşı çıxacaq) və onları qınayan kimsə olmayacaq… (Talmud, Sota 49b) Oxumağa davam et

1979-cu İldən 2006-cı İlə Qədər Olan Dövrdə Olan Qiyamət Əlamətləri

QİYAMƏT vaxtı, dünya həyatının son günü olmaqla birlikdə axirətdəki sonsuz həyatın da başlanğıcı olacaq. Qiyamət günü yaşanacaq bir-birindən dəhşətli hadisələr zamanı, Allahın qüdrəti bütün insanlar tərəfindən idrak ediləcək.

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) qiyamətdən əvvəl baş verəcək  əlamətləri 1400 il bundan əvvəl hədislərdə ətraflı olaraq təsvir etmişdir. Hədislərə görə müharibələr, hərcmərclik, yoxsulluq, cinsi degenerasiya, təbii fəlakətlər sıxlaşacaq, insanlar gözəl əxlaqdan uzaqlaşacaq, saxta peyğəmbərlər ortaya çıxacaq. Bütün bunlardan sonra, Allah Hz. Mehdi vasitəsi ilə İslam əxlaqını bütün dünyaya hakim edəcək.

Peyğəmbərimiz (s.ə.v)in hədislərində qeyd edilən  bu məlumatların həqiqi olmasını bizə göstərən ən əhəmiyyətli dəlil, bu hadisələrin vaxtı gələndə tam təsvir edildiyi kimi və bir-birinin ardınca baş verməsidir. Hədislərdə bildirilən çox sayda əlamət, 1979-cu ildən 2006-cı ilə qədər  bir-birinin ardınca baş vermişdir. Oxumağa davam et

İmam Rəbbani və Mehdinin zühur etmə tarixi

İmam Rəbbani Hz. Mehdinin Peyğəmbərimizin (səv) vəfatından 1000 (min) il keçdikdən sonra, “min ilə ikinci min il arasında” gələcəyini bildirmişdir:

Ancaq gözlənilən odur ki, min il keçdikdən sonra bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib suyu tapması, artırıla… Beləcə kəmalatın (fəzilətlərin, mükəmməlliklərin) əsli zühur edib onun zillətini örtə.. Və uca bağlılığa dəyər verən Hz. Mehdi gəlsin. Allah ondan razı olsun. (Məktubatı Rəbbani, 1/569)

Şəriətin təsdiqi, milləti tecdidi (yenilənməsi) bu ikinci mindədir. Bu iddianın doğruluğuna ədalətli şahid: İsanın (ə.s.) Hz. Mehdinin (r.ə.) bu min içində gəlməsidir. (Məktubatı Rəbbani, 1/611) Oxumağa davam et