Bədiüzzaman hər əsrdə Hz. Mehdi Mövzusundan Bəhs Etməyin Vacib Olduğunu Bildirmiş, Hz. Mehdi Mövzusunu Gizlətməyə Ehtiyac Olmadığını Açıqlamışdır

Bütün bunlara baxmayaraq, müəyyən şəxslər tərəfindən Bədiüzzamanın əsərlərində geniş yer alan Mehdiyyət mövzusundan açıq şəkildə bəhs edilməsinin yanlış olduğu deyilir. Halbuki, Mehdiyyət məsələsi gizlədilməli deyil, müjdələnməlidir. Hz. Mehdinin gəlişi Peyğəmbərimiz (s.ə.v.) tərəfindən müjdələnmişdir və Peyğəmbərimizin (s.ə.v.) bu mövzuda səhih qəbul edilən çox sayda hədisi vardır. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində “HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qüreyşdən və Əhli Beytimdən olan biridir” (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, s.13) sözləri ilə bu mövzunun müsəlmanlar üçün müjdə olduğunu bildirmişdir. Peyğəmbərimiz (s.ə.v.) başqa bir hədisində “Hz. Mehdi zühur edər, hər kəs sadəcə Ondan danışar, Onun sevgisini içər və Ondan başqa heç nədən bəhs etməzlər” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33) sözləri ilə Hz. Mehdinin zühur edəcəyi dövrdə hamının bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir. Peyğəmbərimizin (s.ə.v.) bildirdiyi bu hədislər hal-hazırkı dövrdə reallaşmağa başlayıb. Hamı Hz. Mehdidən bəhs edir. Oxumağa davam et