PEYĞƏMBƏRLƏR ƏDALƏT GƏTİRİBLƏR

15İnsanların böyük əksəriyyətinin fikrincə, Allahın Quranda təsvir etdiyi ədalətin hakim olduğu mühit sadəcə kitablarda təsvir edilən və insanların xəyallarını bəzəyən utopiyadır. Bu düşüncəyə görə əsil ədalətin hakim olduğu cəmiyyətin olması əsla mümkün deyil. Halbuki bəşəriyyət tarixi boyu Quranda əmr edilən ədalətin hökm sürdüyü, insanlar arasında əmin-amanlıq, sevgi və təhlükəsizliyin olduğu dövrlər olmuşdur.

Allahın insanları xəbərdar etmək üçün göndərdiyi elçilərin yaşadığı cəmiyyətdə tolerantlıq, sülh və ədalət hökm sürmüşdür. Allahın “Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.” (Yunus surəsi, 47) ayəsində bildirdiyi kimi, bu dövrlərdə heç kimə zülm edilməmiş, insanlar arasında ədalət hakim olmuşdur.

Oxumağa davam et

Veriləcək qərar öz yaxınları ilə əlaqədar olsa da, mömin ədalətlə hökm verməlidir

esitlikadaletƏdalət deyiləndə, bəlkə də, ədalətli davranmağın çox asan olduğunu, bütün qərarlarınızda həmişə ədalətli davrandığınızı düşünə bilərsiniz. Ancaq verəcəyiniz ədalətli qərar nəticəsində bir yaxınınız, ananız, atanız və ya qohumunuz fiziki və ya mənəvi sıxıntıya düşsə, yenə də bu qərarı asanlıqla verərsinizmi? Sevdiyiniz, ancaq doğru yoldan çıxmış bir şəxs barəsində qərar verərkən tərəfsiz, dürüst ola bilərsinizmi?

Oxumağa davam et

XRİSTİANLAR: “İSA MƏSİH ALLAH`IN TƏCƏLLİSİDİR”, – DESİNLƏR

HristiyanDövrümüzdə bəzi xristianların inandığı üçləmə və üçlü birlik inancı çox ciddi yanılma, Allah`a və hz. İsaya (ə.s) böyük iftira olmaqla yanaşı, eyni zamanda, ciddi təhlükədir.

Bəzi xristian qardaşlarımız, əslində, tək Allah`a iman gətirdiklərini, hz. İsanı (ə.s) Allah`dan ayrı varlıq kimi qəbul etmədiklərini (Allah`ı tənzih edirik) deyərək bir varlığın bədən, ruh və şüur kimi üç müxtəlif şəkildə təcəlli etdiyini iddia edirlər. Lakin bu açıqlamanın özündə ciddi ziddiyyət və yanlışlar var. Oxumağa davam et

Həzrəti Muhəmmədin (s.ə.v) gənclərə verdiyi əhəmiyyət

QURANDA GƏNCLƏR

Uca Allah`ın ən dəyərli nemətlərindən biri olan gənclik insanın Allah`ın rizasını qazanmaq və Quran əxlaqına xidmət etmək üçün ənMTAyNHg3Njg,14312529_14313290 faydalı dövrlərindən biridir. Quran ayələrini və Peyğəmbərimizin (s.ə.v) hədislərini təhlil etdikdə Quran əxlaqının yayılmasında gənclərin böyük rolu olduğunu görürük. Uca Allah`ın qullarına göndərdiyi son peyğəmbər olan hz. Muhəmməd (s.ə.v) bütün insanları İslam əxlaqı ilə yaşamağa dəvət etmişdir. İlk müsəlmanlar arasında hər yaş dövründən olan insanlar olmuşdur. Lakin bu insanlar arasında gənclər çoxluq təşkil edir. Məkkənin tanınmış ailələrinə mənsub gənclər İslam əxlaqına xüsusi diqqət göstəriblər. İslam əxlaqını yaymaqda hz. Peyğəmbərə (s.ə.v) ən çox dəstək olan və kömək edənlər bu imanlı gənclərdir. Peyğəmbərimizə (s.ə.v) ilk dövrlərdə inanmış müsəlmanlardan bir neçəsi 50 yaşlarında, bəziləri 35 yaşdan yuxarı, digərləri isə 30 yaşdan aşağı idi. Bütün möminlər üçün hikmətli nümunə olan bu gənclərin fəaliyyətlərinə bir çox misal çəkmək olar. Oxumağa davam et

Hz. Musa (ə.s) Kimi İman Etmək, hz. Musa (ə.s) kimi Allaha Güvənmək, hz. Musa (ə.s) kimi Allahın Köməyindən Əsla Ümid Kəsməmək…

İki dəstə  bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq yaxalandıq! (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” (Şüəra surəsi, 61-62)

Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi yaxındır! (Bəqərə surəsi, 214)

Hz. Musa (ə.s) və onunla birlikdə olan möminlər iki dənizin birləşdiyi yerə gəlib çatanda bir tərəfdə dəniz, digər tərəfdə isə fironun əsgərləri var idi. O vaxt fironun yanındakı adamlardan bəziləri hz. Musaya (ə.s) və səhabələrinə fironun qalib gəldiyini və hz. Musanın (ə.s) artıq edə biləcəyi heç bir şey qalmadığını düşünə bilərdi. Hətta hz. Musanın (ə.s) yanında olan, ona və onun gətirdiyi haqq dinə iman etmiş insanlardan bəziləri də “artıq yaxalandıq” deyirdilər. Oxumağa davam et

Fitnə

Ərəb­ dilində bə­zi kəl­mə­lər hər dil­də ol­du­ğu ki­mi bir çox mə­na­lar­da iş­lən­miş­dir. Azər­bay­can di­lin­də bə­zi kəl­mə­lə­rin fərq­li mə­na­la­rı ol­du­ğu ki­mi, ərəb di­lin­də­ki «fit­nə» kəl­mə­si­nin də fərq­li mə­na­la­rı var­dır.

Fit­nə əs­lin­də «qı­zı­lın di­gər yad me­tal­lar­dan ay­rıl­ma­sı məq­sə­di ilə qay­na­dıl­ma­sı üsu­lu» üçün is­ti­fa­də olu­nan bir kəl­mə­dir. Qu­ra­nın bir çox ayə­sin­də fit­nə sö­zün kö­kü­nə bağ­lı ola­raq mö­min­lər­lə in­kar­çı­la­rın və ya münafiqlərin bir-bi­rin­dən ay­rıl­ma­sı üçün ya­ra­dı­lan im­ta­han­la­ra ve­ri­lən ad­dır. Bu im­ta­han­la­rın əsas xü­su­siy­yə­ti özün­də az­dı­rı­cı ün­sür­lə­ri də da­şı­ma­sı­dır. Yə­ni in­sa­nın doğ­ru yol­dan az­ma­sı və ya hi­da­yə­tə ta­be ol­ma­sı bu im­ta­han qar­şı­sın­da gös­tər­di­yi dav­ra­nı­şa bağ­lı­dır. Hz.Mu­sa­nın Qu­ran­da xə­bər ve­ri­lən dua­sı fit­nə­nin həm az­dı­rı­cı, həm də hi­da­yə­tə çatdıran xüsusiyyətlərinin ol­du­ğu­nu gös­tə­rir. Ayə­də be­lə bu­yu­ru­lur:

«Mu­sa Bi­zim tə­yin et­di­yi­miz vaxt üçün öz tay­fa­sın­dan yet­miş adam seç­miş­di. On­la­rı sar­sın­tı ya­xa­la­yan­da Mu­sa de­di: «Ey Rəb­bim! Əgər is­tə­səy­din, bun­dan qa­baq on­la­rı da, mə­ni də məhv edər­din. Ara­mız­da­kı sə­feh­lə­rin tö­rət­di­yi gü­nah­lar üzün­dən bi­zi məhv­mi edə­cək­sən? Bu Sə­nin sı­na­ğın­dan baş­qa bir şey de­yil­dir. Sən onun­la is­tə­di­yi­ni zə­la­lə­tə dü­çar edər, is­tə­di­yi­ni doğ­ru yo­la sa­lar­san. Sən bi­zim ha­mi­miz­sən. Bi­zi ba­ğış­la və rəhm et. Axı Sən ba­ğış­la­yan­la­rın ən yax­şı­sı­san!» («Əraf» su­rə­si, 155).

Dün­ya­nın bir im­ta­han ye­ri ol­du­ğu və in­san­la­rın iman­la­rı­nın müt­ləq qaydada sı­na­ğa çəkiləcəyi Qu­ra­nın bir çox ayə­lə­rin­də xa­tır­la­dı­lır:

«İn­san­lar yal­nız: «İman gə­tir­dik!» – de­mə­lə­ri­lə on­lar­dan əl çə­ki­lib im­ta­han olun­ma­ya­caq­la­rı­nı­mı sa­nır­lar? Biz on­lar­dan əv­vəl­ki­lə­ri də im­ta­ha­na çək­miş­dik. Şüb­hə­siz ki, Al­lah düz­da­nı­şan­la­rı da, ya­lan­çı­la­rı da çox gö­zəl ta­nı­yar!» («Ən­kə­but» su­rə­si, 2-3).

Oxumağa davam et

Allahın Möminlərə Dəstəyi

Cahiliyyə cəmiyyətindəki insanlar xarakterlərini sahib olduqları güc və mövqelərinə görə formalaşdırırlar. Özlərinə güvənməkləri üçün mütləq ya zəngin, ya məşhur, ya çox gözəl və ya yaraşıqlı olmalıdırlar. Ancaq mömin yalnız Allaha güvənərək yaşayar və möminin özünə güvənməsi üçün inkarçıların ehtiyac duyduğu maddi meyarların heç birinə ehtiyacı yoxdur. Çünki Allah daim möminlərlədir. Allah, And olsun ki, Mən və elçilərim hökmən qalib gələcəyik!” (Mücadilə Surəsi, 21) hökmünün sirri ilə elçilərini və onlara tabe olan möminləri hər zaman qalib edər. Mömin bütün dünyanın qarşısında tək başına olsa belə üstün gələr. Allah rəsuluna belə bildirir:

Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi. (Ənfal Surəsi, 62)

Unudulmamalıdır ki, insanlara yolları açan, müvəffəqiyyət qazandıran, onları inkişaf etdirən, gücləndirən Allahdır. İnsanın öz müvəffəqiyyəti üçün düşündüyü səbəblər bu müvəffəqiyətin əldə olunması üçün kifayət deyil. Oxumağa davam et