Hz. Süleymandan Əsrimizə Dərslər

imagesSonsuz rəhmət sahibi Allah’ın insanlara öyüd-nəsihət və hidayət rəhbəri kimi nazil etdiyi Quranda peyğəmbərlərimizin qissələrindən və onların din əxlaqını yaymaq üçün apardığı qətiyyətli mübarizədən çox hikmətli nümunələr verilir. Rəbbimizin görkəmli iqtidar və hakimiyyət nəsib etdiyi hz. Süleyman da din əxlaqını təbliğ edərkən nümunəvi əxlaq göstərən bu dəyərli hidayət rəhbərlərindən biridir.

Hz. Süleyman uca Allah’ın hədlərini cidd-cəhdlə qorumuş və din əxlaqını dünyaya hakim etmək üçün böyük səy göstərmiş peyğəmbərdir. Ona görə, digər bütün peyğəmbərlər kimi, Allah’ın bir çox cəhətdən üstün etdiyi hz. Süleymanın da Quranda bildirilən xüsusiyyətlərini tanımaq çox vacibdir. Çünki möminlərin hz. Süleymanın xüsusiyyətlərini bilməsi onun üstün əxlaqından nümunə götürmələrinə səbəb olur. Bundan əlavə, hz. Süleymanın qissələrinin bildirildiyi ayələri təhlil etdikdə hər birinin dövrümüzə işarə edən bir çox hikmətlər daşıdığını görərik. Oxumağa davam et

Hz. Süleyman, Hz. Zülkarneyn Və Hz. Mehdi… Bu Üç Müqəddəs Şəxsin Axır Zamanı İşıqlandıran Bənzərlikləri

Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.), Allahın sərhədlərini qoruyan, İslam əxlaqını dünyaya hakim etmək üçün ciddi  səy göstərən və bu səylərinin dünyadakı qarşılığını güclü hakimiyyətlə alan iki mübarək şəxsdir. Hz. Süleyman və Hz. Zülkarneyn dövründəki dünya hakimiyyətindən əlavə bu iki dövrün ortaq cəhəti var. Peyğəmbərimizin (s.ə.v.) hədislərində, bu dövrlərdə yaşanan dünya hakimiyyəti ilə Hz. Mehdi dövründə yaşanacaq hakimiyyətin bənzərlikləri olacağına diqqət çəkilərək müsəlmanlara böyük müjdə verilir.

Hz. Süleyman (ə.s.), Hz. Nuhun (ə.s.) nəslindən gələn, Allah Qatından ona hidayət və yüksək elm verilən mübarək  peyğəmbərdir. Allah, Hz. Süleymanı (ə.s.) atası Hz. Davud (ə.s.) kimi İsrail oğullarına peyğəmbər olaraq göndərmişdir. Onu böyük səltənət, zənginlik, cinlər və quşlarla dəstəkləmiş və ona çox güclü ordular və üstün elmlər lütf etmişdir. Həyatı boyunca yaşadığı torpaqlarda ədalətlə hökm etmiş, yüksək idarəçilik və hakimlik xüsusiyyəti ilə fərqli birlikləri hakimiyyəti altına almışdır. Oxumağa davam et