Science Mag saytından xəyali «insanabənzər» nağılı: denisovanlar

denisova3Yaxın günlərdə darvinizmi müdafiə edən bəzi elmi jurnal və internet saytlarında ortaq canfəşanlıq var. Ötən illərdə tapılmış, əskikliyi və etibarsızlığı sübut olunmuş bəzi canlı qalıqları yenidən gündəmə gətirilir və təkamül dəlili kimi təqdim edilməyə çalışılır.

Belə ən son nümunələrdən biri də «ScienceMag» və «DailyMail» kimi saytlarda yayımlandı. Kiçik barmaq sümüyünün bir hissəsi və bir neçə diş gündəmə gətirilərək yenə darvinist xəyali təsəvvürü göstərən nağıllar məqalələrin mövzusu oldu.

Oxumağa davam et

DAŞ DÖVRÜ HAQQINDA BİLMƏDİKLƏRİNİZ

das dovru.002İnsanların 700 min il bundan əvvəl çox mahir inşa edilmiş gəmilərlə okean səyahətinə çıxdıqlarını bilirdinizmi? Və yaxud bizə ibtidai mağara adamları kimi təqdim edilən insanların, əslində, dövrümüzün rəssamlarından heç də geri qalmayan istedada və estetik zövqə malik olduqlarını eşitmisinizmi? 80 min il əvvəl yaşamış və bizə təkamülçülərin “meymun adam” adı ilə göstərmək istədikləri Neandertal irqinə aid olan insanların musiqi alətləri düzəltdiyini, geyim zövqünə sahib olduğunu, qızmar qumlarda müəyyən ölçü ilə biçilmiş səndəllərdə gəzdiyini bilirdinizmi?

Böyük ehtimalla bunların heç birini daha əvvəl eşitməmisiniz. Əksinə, bu insanların yarı meymun yarı insan, danışmaq qabiliyyəti məhdud olan, dik dayana bilməyən, sadəcə xırıltılı səslər çıxaran vəhşi mağara adamları olduğu barədə yanlış təsəvvürə malik ola bilərsiniz. Çünki bu böyük yalan, təqribən 150 ildir ki, dünyanın dörd tərəfində insanlara təlqin edilir. Bu cür təlqinin məqsədi isə materialist fəlsəfəni yaşatmaqdır. Oxumağa davam et

Australopithecuslar: Nəsli Kəsilmiş Meymunlar

 Təkamülçülərin iddiasına görə Australopithecuslar indiki insanların ən ibtidai əcdadlarıdır. Bunlar üz və kəllə quruluşları bugünkü meymunlara bənzəyən, beyin həcmi müasir meymunlarınkından daha kiçik olan qədim növdür. Ancaq təkamülçülərin iddialarına görə bu varlıqların insanların əcdadı olmasını təmin edən çox mühüm xüsusiyyətləri aşkar olunmuşdur: iki ayaqlı olmaları.

Meymunlarla insanların hərəkət forması tamamilə fərqlənir. İnsanlar həqiqi mənada iki ayaqları ilə dik hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud hərəkət qabiliyyətinə malikdirlər və nəticədə əyrı onurğaya malikdirlər. Oxumağa davam et