Texnologiyaya İlham Mənbəyi Olan Dəniz Canlıları

Molyuskların su püskürtmə sistemi və generatorlar

Kalmar, mürəkkəb böcəyi və osminoq kimi başıayaqlı molyusklar su püskürtmə sistemi ilə üzürlər. Polbo_pulpo_galiciaMühəndislər molyuskların bu xüsusiyyətindən ilham alaraq sürət texnologiyasını təkmilləşdirməyə çalışırlar.

Uca Allah başıayaqlı molyuskların sürətlərini artırmaları üçün xüsusi sistem yaradıb. Mühəndislərin heyranlıqla və diqqətlə tədqiq etdikləri bu sistem qüsursuz işləyir. Bu canlıların reaktiv üzmə sistemi uca Allah`ın onlar üçün yaratdığı xüsusi bədən quruluşlarından qaynaqlanır. Bəs bu canlıların bədən quruluşu necədir? Oxumağa davam et

Elektroşokla Ov Ovlayan İlan Balıqları

3-electriceelBoyları 2.75 metrə çatan elektrikli ilan balıqları (Electrophorus electricus) Amazon bölgəsində yaşayırlar. Elektrik hasil etmə qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edirlər. Bu balıqlar bədənlərində hasil etdikləri elektriklə ovlarını hərəkətsiz hala salır və düşmənlərini şok edib öldürürlər.

Balıqdan qaynaqlanan elektrik şoku 2 metr uzaqlıqdakı böyük heyvanı belə öldürəcək şiddətindədir. Balığın elektrik hasil etmə müxanizmi saniyənin 1000-də 2 və ya 3-ü qədər qısa müddətdə işə düşür. Bütün elektrikli balıqlar arasında ən öldürücü balıq olan ilan balığında elektrik cərəyanı 650-yə çatır. Bu qədər yüksək voltaj televizoru işə salmaq üçün istifadə edilən elektrikdən də artıqdır və insanı öldürə bilər. İlan balığının bəzən boşaltdığı 800 voltluq elektrik şoku isə atı öldürə bilir. Oxumağa davam et