Hz. Musa (ə.s) Kimi İman Etmək, hz. Musa (ə.s) kimi Allaha Güvənmək, hz. Musa (ə.s) kimi Allahın Köməyindən Əsla Ümid Kəsməmək…

İki dəstə  bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq yaxalandıq! (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” (Şüəra surəsi, 61-62)

Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi yaxındır! (Bəqərə surəsi, 214)

Hz. Musa (ə.s) və onunla birlikdə olan möminlər iki dənizin birləşdiyi yerə gəlib çatanda bir tərəfdə dəniz, digər tərəfdə isə fironun əsgərləri var idi. O vaxt fironun yanındakı adamlardan bəziləri hz. Musaya (ə.s) və səhabələrinə fironun qalib gəldiyini və hz. Musanın (ə.s) artıq edə biləcəyi heç bir şey qalmadığını düşünə bilərdi. Hətta hz. Musanın (ə.s) yanında olan, ona və onun gətirdiyi haqq dinə iman etmiş insanlardan bəziləri də “artıq yaxalandıq” deyirdilər. Oxumağa davam et