Allah`a iman insanın həyatına məna verir

716379-1366x768Möminlər üçün uca Rəbbimizin rizasını qazanmaq və din əxlaqına xidmət etmək məqsədilə görülən hər iş sevinc mənbəyidir.

Möminlər Allah`ın varlığına imanla böyük xoşbəxtlik və mənəvi güc qazanırlar. Allah`ı dost tutmaları və Onun rizasına uyğun davranmalarının əvəzində Allah`ın onlara verdiyi mənəvi güclə daima şövqlü olurlar. İmanın gücü həmişə daha üstün, öndə gedən, nümunəvi insan olmalarına səbəb olur. Oxumağa davam et

Möminlər Əsəbiləşərlərmi?

387386Möminlər hər insan kimi müxtəlif hadisələrə görə əsəbiləşə bilərlər. Lakin möminlərin üstün əxlaqının ən mühüm göstəricilərindən biri əsəblərini cilovlamalarıdır. Əsəbiləşməyin onlara fayda verməyəcəyini, əksinə, əsəbiləşdikdə ağıllı davranmayacaqlarını, ədalətdən uzaqlaşacaqlarını bilirlər. Belə vəziyyətdə həm özlərinə, həm də ətrafdakılara zərər verən səhv qərarlar verməkdən çəkinərlər. Buna görə də möminlər səbirli və mərhəmətli davranarlar. Allah Quranda möminlərin bu xüsusiyyətini belə tərifləmişdir:

O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali-İmran surəsi, 134) Oxumağa davam et