Bir camaata qarşı bəslənən kin möminləri ədalətdən çəkindirməz

204521042014Bir insanın ədalətli qərar verməsinin, ağıllı düşünməsinin və ağıllı davranmasının qarşısını alan amillərdən biri qarşısındakı insana və ya camaata qəzəbi, kinidir. Əslində, bu, dövrümüzün cahiliyyə cəmiyyətində çox geniş yayılmış düşüncə tərzidir. Bəzi insanlar düşmənçilik etdikləri insanlara qarşı asanlıqla hər cür ədalətsizlik, əxlaqsızlıq edirlər. Bəzən bir adamın üstünə törətmədiyi əmələ görə böhtan atır, təqsirsiz olduğunu bilsələr belə, onun əleyhinə şahidlik edirlər. Bu cür düşmənçiliyə görə günahsız yerə bir çox insan əziyyət çəkir. Bəzi insanlar doğrunu bildiklərinə baxmayaraq, düşmən hesab etdikləri insanların lehinə şahidlik etmir, əllərində bu insanın təqsirsizliyini sübut edən dəlil olsa belə, üzə çıxarmırlar. Hətta bu insanın başına böyük bəla gəlməsi, haqsızlıqla qarşılaşması və ya zülm görməsi onları sevindirir. Ən böyük narahatlıqları isə ədalətin üstün gəlməsi və bu insanın təqsirsizliyinin ortaya çıxmasıdır.

Oxumağa davam et

Möminlər Əsəbiləşərlərmi?

387386Möminlər hər insan kimi müxtəlif hadisələrə görə əsəbiləşə bilərlər. Lakin möminlərin üstün əxlaqının ən mühüm göstəricilərindən biri əsəblərini cilovlamalarıdır. Əsəbiləşməyin onlara fayda verməyəcəyini, əksinə, əsəbiləşdikdə ağıllı davranmayacaqlarını, ədalətdən uzaqlaşacaqlarını bilirlər. Belə vəziyyətdə həm özlərinə, həm də ətrafdakılara zərər verən səhv qərarlar verməkdən çəkinərlər. Buna görə də möminlər səbirli və mərhəmətli davranarlar. Allah Quranda möminlərin bu xüsusiyyətini belə tərifləmişdir:

O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali-İmran surəsi, 134) Oxumağa davam et

İslamı təbliğ etmə şövqü insanı ruhlandırır

imagesMöminlər nə üçün şövqlə İslamı təbliğ etmək istəyirlər?

Möminlərin şövqünün daimi olmasının səbəbi nədir?

Allah möminlər arasında insanları yaxşılığa, xeyirə çağıran camaat olmasını əmr etmişdir:

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104)

Əməlisaleh müsəlmanlar Allah’ın bu ayəsinə əsasən, insanlara Quran əxlaqını və bu əxlaqa uyğun olmayan həyatın yanlışlığını izah etməyə və onları Allah’ın dininə yönəltməyə çalışırlar. Oxumağa davam et

Bir ayə bir açıqlama: “Ali-İmran” surəsi, 102

imagesEy iman gətirənlər! Allah’dan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün! (Ali-İmran surəsi, 102)

 Ayədə Allah qorxusunun əhəmiyyəti bildirilmişdir. Quran əxlaqı Allah rizası və qorxusu üzərində qurulmuşdur. Allah’dan layiqincə qorxanlar və ancaq Allah’ın razılığını hədəf edənlər din əxlaqı ilə səmimi yaşaya bilərlər.

Allah’dan layiqincə qorxmaq Quranda çox açıq və ətraflı izah edilmişdir.

Möminin Allah qorxusu çox dərin və hörmət dolu qorxudur. Oxumağa davam et