Ən Uzun Boyunlu Heyvan: Zürafə

Zürafələrin olduqca heyrətamiz xüsusiyyətləri var. Bunlardan biri o qədər uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə 7 fəqərə vasitəsilə daşına bilməsidir. Heyrətamiz digər bir xüsusiyyətləri də vücudlarının uzun boyunlarının üzərində olan beyinlərinə qan çatdırmada çətinlik çəkməmələridir. Bir az düşünüldüyü zaman o qədər uzağa qanın verilməsinin nə dərəcədə çətin olduğunu görə bilərik. Ancaq zürafələr bu mövzuda çox çətinlik çəkmirlər, çünki ürəkləri qanı lazım olduğu qədər uzağa apara bilən xüsusiyyətlərə sahibdir. Bu da onların rahat yaşayışlarını davam etdirə bilmələrinə imkan yaradır.

Lakin bu dəfə də başqa bir çətin vəziyyətlə qarşı-qarşıya qalırlar ki, o da su içmək üçün əyilərkən əslində qan təzyiqinə tab gətirməyərək beyin qanamasından ölə bilmə təhlükəsidir. Ancaq boyunlarındakı mükəmməl sistem sayəsində bu risk tamamilə aradan qaldırılmışdır. Yerə əyilərkən boyun damarlarında olan qapaqlar bağlanaraq beyinə həddən artıq qan getməsinə mane olur. Oxumağa davam et