Hz Muhəmməd (səv) yaşadığı dövrdə bütün insanlar arasında ədaləti qorumuş, cahiliyyə inancında olan dil, irq, sosial status, etnik mənşə kimi məfhumlardan doğan üstünlük inancını təkzib etmişdir. Çünki insanlar arasında bu xüsusiyyətlərə görə ayrı-seçkilik etmək Quran əxlaqında ciddi tənqid olunur. Dövrümüzdəki ifadəsi ilə “irqi ayrı-seçkilik” Quranda qadağan olunan, ancaq cahiliyyədə geniş yayılmış fikirdir. İnsanların müxtəlif irqlərə mənsub yaradılmalarının hikmətlərindən biri bir-birləri ilə tanış olmalarıdır. Bütün insanlar Allah qatında bərabərdir və yeganə üstünlük Allaha imandan və təqvadan qaynaqlanır. Oxumağa davam et
iman
Allah yolunda malından infaq etməyin hikmətləri

Allah insana öz ruhundan üfürmüşdür
Kaliforniya Universitetinin nevroloq və psixiatriya professoru Cefri M. Şvartz (Jeffrey M. Swarts) beyində qırmızı rəngin necə qavranıldığını, gözəl musiqi parçasının bifşteks yeməkdən tamam fərqli şəkildə hiss edildiyini və nə üçün ən dəqiq detallara malik olan MR-ların (maqnetik rezonans) qavrama mexanizmi haqqında heç bir dəlil vermədiyini araşdırmış və bu sualı vermişdir:
… niyə beyin mexanizmləri üzərində işləmək, hətta molekulyar səviyyədə tədqiqatlar belə bu suallara heç cür cavab tapa bilmir? Oxumağa davam et
Demokratiyanın Əsas Prinsipləri Quranda Bildirilib
Peyğəmbərimizin (s.ə.v) yaşadığı Əsri-səadət dövründə müasir demokratik prinsiplər ən gözəl şəkildə tətbiq edilmişdir. Çünki insan hüquqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, incəsənət, estetika kimi Quran əxlaqının tələbi olan anlayışların hamısı demokratik cəmiyyətin əsas prinsiplərini təşkil edir. Bəşəriyyətə xoşbəxtlik və həyat sevinci təqdim edən bu model Allahın Quranda bildirdiyi və qulları arasında tətbiq edilməsini istədiyi əsl müsəlman əxlaqıdır. Oxumağa davam et
Firon dövründəki hədə-qorxu şəraitində iman gətirən möminlər
Quranda tarixin müxtəlif dövrlərində Allahın rəsullarına və möminlərə qarşı mübarizə aparmış bəzi öndə gələn şəxslər olduğu xəbər verilir. Din əxlaqına qarşı çıxan bu şəxslər cəmiyyətə inkarçı düşüncə tərzini təlqin etməklə kifayətlənməmiş, eyni zamanda, bu düşüncəni qəbul etməyənlərə təzyiq göstərmiş, zorakılıq etmişlər. Xüsusilə də möminlərin təbliğ etdiyi din əxlaqının qarşısını almaq üçün təzyiq və zorakılıq yoluna əl atıblar. Hz. Musanın təbliği ilə qövmündən iman gətirənləri işgəncə ilə hədələyən firon belə insanlardan biridir. Oxumağa davam et
İmanlarına zülm qarışdıranlar
İmanlarına zülm qarışdıranlardan Quranda iman gətirən insanların arasında yaşayan bir qrup kimi bəhs edilir. İmana zülm qarışdırmaq insanın Allah’ın ucalığını, haqq dinin üstünlüyünü qavramasına, dünya və axirətdə xilas olmaq üçün Qurana tabe olmaqda başqa yol olmadığını anlamasına baxmayaraq, cahiliyyə əxlaqını tamamilə tərk etməməsidir.
İmanına zülm qarışdıranlar imanla yanaşı, nəfslərinə zidd olan vəziyyət olduqda və ya çətinliklə qarşılaşdıqda Quran əxlaqına uyğun hərəkət etmək əvəzinə din əxlaqı ilə yaşamayan insanlar kimi davranırlar. Allah Quranda belə insanların vəziyyətini bizə belə bildirir: Oxumağa davam et
Allahın Dünya Həyatında İnsanlara Təqdim Etdiyi Ən Böyük Nemət: İman
Hər insan, demək olar ki, hər kəs həyatındakı bir çox gözəlliyin böyük nemət olduğundan xəbərdardır. Gündəlik həyatın qaç-qovu içində bir çox insan çox vaxt bütün bunları bilmirmiş kimi davranmasa belə, bir anlıq da olsa düşündüyündə və ya bu nemətlərdən məhrum olan bir insan gördüyündə bunların nemət olduğunu dərhal xatırlayır. Sağlamlıq çox insanın bildiyi nemətlərdəndir; zənginlik, rahat həyat, gözəl mənzərə, xoşuna gələn hadisə, sahib olmağı istədiyi ailə, bir anlıq düşündükdə dərk edilən, Allahın insanlara bəxş etdiyi nemətlərdəndir. Amma bütün bunlardan da üstün, Allahın inananlara verdiyi ən böyük nemət imandır. Oxumağa davam et
Allah Üçün Nə Qədər Vaxt Ayırırsınız?
Quran ayələrinə baxdığımız zaman mömin üçün boş vaxt anlayışının olmadığını görürük. Möminin hər gün vaxtlı-vaxtında yerinə yetirəcəyi ibadətlərin çox vaxtını aparmaması, qalan vaxtını öz istək və həvəslərinə uyğun boş işlərə sərf edə bilər mənasını vermir. Allah iman gətirənlərin üzərinə bütün həyatları boyu həm öz nəfsləri ilə, həm də inkar edənlərin əxlaqına qarşı fikir mübarizəsi aparmaq vəzifəsi qoyub.
Bunun üçün möminin yerinə yetirməli olduğu bir çox hazırlıqlar, saysız-hesabsız vəzifələr var. Onun bu səmimi və ixlaslı səylərinin həddi-hüdudu, fasiləsi yoxdur. Bu səbəbdən yerinə yetirilən iş, tamamlanan vəzifə, başa çatdırılan hazırlıq işlərinə ara vermək üçün səbəb deyil, tam əksinə, yeni fəaliyyətə başlamağın bir nişanəsidir. Oxumağa davam et
Quran Oxuyarkən Şeytandan Allaha Sığının!
Allah bir sınaq olaraq şeytanı insanların düşüncələrinə gizli təlqinlər edən xüsusiyyətdə yaradıb. Bu təlqin də insanların iman dərəcələrinə görə dəyişir. Şeytanın inkarçılar qarşısında hər istədiyini etdirəcək bir qüvvəsi olduğu halda, səmimi möminlərin imanına zərər verə biləcək heç bir qüvvəsi və təsiri yoxdur («Hicr» surəsi, 39-40). Lakin şeytanın Allahın xalis qullarını azdırmaq qabiliyyətinə tam malik ola bilməsədə, o, insanların nəzərlərini yayındırmaq, unutqanlıq vermək, diqqətlərini toplamağa imkan verməmək kimi zərərlər verməyə çalışır. Şübhəsiz ki, şeytanın təsiri ilə hərəkət edən insanlar öz sözləri, danışıqları, davranış və hərəkətləri ilə möminləri narahat edirlər. Bunun kimi şeytan da özünün görünməzliyi ilə bu cür narahatlığı verməyə çalışır. Bununla da şeytan möminlərin düşüncələrini məşğul edib diqqətlərini yayındırmaqla onların xeyirli əməllərinə mane olmaq istəyir.
Şeytanın bəhs etdiyimiz bu üsulla çatmaq istədiyi məqsədlərdən biri də möminlərin Allahın sözü olan Quranı oxuyub dərk etmələrinin və ondan gözəl şəkildə istifadə etmələrinin qarşısını almaqdır. Çünki möminlər Oxumağa davam et
Allaha Etimad Və Təslimiyyət
İmanın ən önəmli göstəricilərindən biri insanın Allaha olan etibarı və təslimiyyətidir. Quranda «təvəkkül» olaraq təqdim edilən bu xüsusiyyət həqiqətən də iman gətirən insanla iman gətirməyən insan arasındakı ən böyük fərqlərdən biridir.
İnkarçı insan üçün bütün dünya xaosdur. O, özünün təsadüfən var olduğunu, ətrafındakı dünyanın da təsadüflər nəticəsində yarandığını zənn edər. Bu vəziyyətdə heç bir zaman həqiqi arxayınlıq və sakitlik hiss etməz. Çünki hər an başına bir şey gələ bilər və onu üzəcək hadisələr ola bilər. Vaxtının önəmli bir hissəsini gələcəklə bağlı hiss etdiyi həyəcanlarla keçirir. Onun xoşbəxtliyinə təsir göstərən yüzlərcə, minlərcə bir-birindən asılı olmayan amil vardır ki, bunların hər hansı biri «təsadüfən» pisliyə uğrayıb həyatını məhv edə bilər. Məsələn, sağlamlığını itirə bilər, işdən çıxarıla bilər ya da sevdiyi bir insan ölə bilər. Bütün bu səbəbləri müstəqil və nəzarətsiz zənn etdiyindən hər biri üçün ayrı-ayrılıqda narahat olar. Bu, yüzlərcə müstəqil amilin ilahiləşdirilməsi mənasını verir. Çünki bir şeydən qorxmaq ya da ona güvənmək, Quranda bildirildiyinə görə, onu ilahiləşdirmək mənasını verir.
Amma mömin dünyanın sirrini dərk etmişdir. Bu sirr Oxumağa davam et
Mənafe Güdməmək
Bir insanın imanında səmimi olduğunun (yalnız Allahın rizasını axtardığının) ən böyük göstəricilərindən biri dünyəvi, bəsit mənafelər arxasınca qaçmaması, ixlaslı, yəni yalnız Allahın razılığı üçün çalışmasıdır. Hər nemətin Allah tərəfindən gəldiyini dərk edən, yalnız Onun razılığını qazanmağa çalışan, hər şeyi Allahdan istəyən və Ondan qorxan mömin, təbii ki, bəsit və kiçik haqq-hesabların arxasınca qaçmayacaqdır.
Buna görə etdiyi işlərdən mənfəət güdüb-güdməmək insanın birbaşa imanı ilə bağlıdır. Allahı və axirəti dərk etmiş bir insan, əlbəttə, bunların yanında adi mənfəət haqq-hesablarına etibar etməyəcək və tamah üçün çalışmayacaqdır. Bunun əksinə olaraq Allahı və axirəti dərk etməyən insanın bu böyük həqiqətləri görməyib bəsit və xırda mənfəətlər arxasınca getməyi təbiidir. Son dərəcə kiçik dünyaya, son dərəcə dar düşüncəyə sahib olacağı üçün hər zaman nəfsinin mənfəətini güdən davranış nümayiş etdirəcək. Oxumağa davam et
Saleh Əməl
Quranda tez-tez rast gəlinən terminlərdən biri «saleh əməl»dir. «Saleh» kəlməsi “gözəl, doğru, xeyirli” mənalarını verir. «İslah etmək» feli də eyni kökdən törəmişdir və «saleh vəziyyətə gətirmək» deməkdir. «Əməl» kəlməsinin Azərbaycan dilinə ən yaxın qarşılığı isə «iş»dir. Ümumiyyətlə, saleh əməl, yaxşı və xeyirli iş mənasını verir ki, bu da Quranda Allahın rizasına və göndərdiyi dinə uyğun hər cür əməl və hərəkəti ifadə edir.
İnsanın axirətini xilas edən şey isə yalnız iman gətirməsi deyil, eyni zamanda o imana uyğun saleh işlər görməsidir. Çünki saleh əməl səmimi imanın göstəricisidir. Bunun əksinə, yalnız «iman gətirdim» deyib bu imanın tələblərini yerinə yetirməmək insanı xilas etməz. Allah bu mövzuda belə buyurur:
«İnsanlar yalnız: «İman gətirdik!» – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyar!» («Ənkəbut» surəsi, 2-3).
Allahın «iman gətirdik» deyənləri sınamasının önəmli qismi saleh əməllərlə olur. Çünki bu əməllər, onları yerinə yetirməyə borclu olan müsəlmanların səbirlərini, qətiyyətlərini, sədaqətlərini, qısası, imanlarındakı fərasətlərini ortaya çıxarır. Oxumağa davam et