İman Gətirən İnsanların Həyatı Başqa Cür Olur

İmanın müxtəlif dərəcələri var. Allah ayələrində güclü imana malik olan müsəlmanların vəsflərinə diqqət çəkmiş, onların ixlasla axirətə yönəlmiş, təslim olmuş mənəviyyatlarını, çətinliklər qarşısındakı səbrlərini, insanlara qarşı xoşniyyətli, bağışlayan olmalarını və daha bir çox xüsusiyyətlərini tərifləmişdir. Belə ki, Allahdan çox qorxan, Onu çox sevən, həyatlarının hər anını Onun üçün yaşayan və Onun əmr etdiyi kimi gözəl əxlaqlı olan bu təqvalı müsəlmanlarla bərabər vicdanları ilə hərəkət etməyən, heç bir üzürlü səbəbi olmadığı halda dinsizliyə qarşı Allah yolunda fikri mübarizə aparmaqdan çəkinən və ya əsəbləşmək, hadisələr qarşısında kədərlənmək və təşvişə düşmək kimi Allahın insanları çəkindirdiyi pis əxlaq xüsusiyyətlərindən əl çəkməyən, ancaq bütün bunlara baxmayaraq iman gətirdiklərini söyləyən insanlar da vardır. Bu vəziyyət Quranda işarə edilən iman dərəcələrinə nümunədir. Oxumağa davam et