Ağcaqanad Möcüzəsi

1311922281_010_13907_doza-010Ovun yerini müəyyən edən həssas reseptorlar

Ağcaqanad temperatur, qaz, rütubət və qoxu detektorları ilə təchiz olunmuş döyüş təyyarəsi kimidir. 30 metrdən ovunun görür və yerini müəyyən edir. 10 mm uzunluğundakı ağcaqanadın bu qədər təsirli reseptorlarla təchiz edilməsi göstərir ki, bu canlının ehtiyacları doğulduğu andan üstün şüur sahibi yaradan tərəfindən təmin edilmişdir. Bu üstün yaradan ağcaqanadı yoxdan var edən Allah’dır. Oxumağa davam et

Öz-özünü Təmir Edə Bilən Tək Orqan: Qaraciyər

500 müxtəlif əməliyyatı eyni anda reallaşdıra bilən qaraciyər hüceyrələri, enerji üçün ehtiyac duyduqları şəkər olmadıqda hansı üsula müraciət edirlər?

İnsan bədəni tamamilə ayrı bir “aləm”, sanki tamamilə başqa bir “şəhərdir”. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, yetkin infrastruktur, ən üstün texnologiyalardan daha üstün texnologiyaya sahib cihazlar, heyrətamiz şəkildə şüur nümayiş etdirən, öz peşəsində ixtisaslaşmış işçilər (hüceyrələr, hormonlar, vəzilər), tam təchizatlı əsgərlər və daha nələr mövcuddur. Üstəlik bu “aləm” yalnız sizin bədəninizin içində deyil. Ətrafınızda gördüyünüz hər bir insan – ananız, atanız, qardaşınız, dostlarınız, iş yoldaşlarınız, küçədə yanlarından keçdiyiniz insanlar, televiziyada izlədiyiniz insanlar, bir sözlə yer üzündə bu an yaşamaqda olan milyardlarla insan, bu möcüzəvi “aləm”ə malikdir. Bu qüsursuz yaradılmış aləm içində Uca Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və onlarla orqan yaratmışdır. Sağlam bir bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir. Oxumağa davam et