Bakteriyaların antibiotiklərə qarşı müqavimət qazanması nə üçün təkamülə dəlil deyil?

bakteriyaAleksandr Fleminq (Alexander Flemming) ilk antibiotik olan penisillini 1928-ci ildə kəşf etdikdə yer üzündə artıq bakteriyanın qalmayacağını hesab edirdilər. Ancaq penisillinin  müəyyən mikroblara təsir etdiyi sonradan başa düşüldü. Penisillinin öldürdüyü mikrobların yerinə penisillinin təsir edə bilmədiyi başqa bakteriyalar qalır. Sonradan kəşf edilən digər antibiotiklər də penisillin kimi eyni xüsusiyyətə malikdir.

Bunun səbəbi antibiotiklərin bakteriyalara təsir etmə formasıdır: antibiotiklər molekulyar quruluşlarına əsasən, bakteriyanın müəyyən bir zülalına yapışaraq onu təsirsiz hala salırlar. Beləliklə, bakteriya ya ölür, ya da çoxalmasının qarşısı alınır və bu yolla infeksiya nəzarətdə olur. Ancaq məlumdur ki, hər canlı növündə olduğu kimi, hər bakteriya növünün də müxtəlif formaları, yəni variasiyaları mövcuddur. Oxumağa davam et

Viruslara qarşı “vip” nanozərrəcik metodu

imagesAlimlər virusların törətdiyi infeksiyaları müəyyən etmək və aradan qaldırmaq üçün virusla etiketlənmiş nanozərrəciklərdən istifadə etməyi düşünürlər.

Biologiya və tibb sahəsində nanotexnologiyanın nailiyyətlərindən getdikcə daha çox faydalanmağa başlayan alimlər ürək xəstəliklərinin müalicəsində kök hüceyrələrə nanozərrəcik köçürdükdən sonra indi də viruslarla mübarizədə nanozərrəciklərdən istifadə etməyə hazırlaşırlar.

İsveçrəli tədqiqatçılar orqanizmə daxil olan virusları müəyyən edəcək və onları məhv etmək üçün mübarizə aparacaq nanozərrəciklər hazırlamağa çalışır. İmmun sistemi viruslar bədənə daxil olduqda qarşılaşdığı təhlükəyə aid xüsusi antitellər hasil edir. Oxumağa davam et