Maddənin Həqiqi Mahiyyəti – 6 (Son)

Hisslərin Beyində Meydana Gəlməsi Fəlsəfə Deyil, Elmi Həqiqətdir

Materialistlər, burada izah etdiklərimizin fəlsəfi görüş olduğunu iddia edirlər. Halbuki bizim “xarici dünya” dediyimiz şeyin hisslər cəmi olduğu, fəlsəfə deyil, elmi gerçəkdir. Görüntünün və hisslərin beyində necə meydana gəldiyi bütün tibb fakültələrində təfərrüatlı şəkildə öyrədilir. Müasir fizika başda olmaqla 20-ci əsr elminin ortaya qoyduğu gerçəklər, maddənin konkret həqiqətə sahib olmadığını, açıq-aydın hər kəsin “beynindəki ekranı” izlədiyini göstərir. Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist öz aləmində Allahın varlığını inkar edə bilər, amma bu elmi gerçəyi inkar edə bilməz.

Yaşadıqları dövrün elm anlayışı və elmi imkanları kifayət qədər olmasa da, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan və açıq gerçəyi qavraya bilməmələri çox qəribədir. Amma müasir dövrdə elmin və texnologiyanın imkanları hədsiz dərəcədə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu gerçəyin qavranılmasını daha da asanlaşdırır. Materialistlər isə qismən də olsa bu mövzunu qavramağın və ümumiyyətlə bu mövzunun öz fəlsəfələrini necə çökdürdüyünü anlamağın verdiyi böyük qorxu içindədirlər. Oxumağa davam et