Quranda insan xarakterləri müxtəlif şəkillərdə təfsilatı ilə verilmişdir. Həmçinin, möminlərin əxlaqının son dərəcə müfəssəl tərifi verilir. Allahın ruhunu gəzdirən, Ona inanan və yalnız Ona itaət edən möminlərin Quranda sadalanan bütün xüsusiyyətləri yüksək əxlaqa və xarakterə əsaslanır.
İnkarçıların və möminlərin təriflərinə nəzər salanda, hər iki tərəfin bir-birinə tamamilə zidd xüsusiyyətlərə malik olduqlarını görürük. Məsələn, möminlər səmimi və etibarlı, inkarçılar isə səmimiyyətsiz və mənfəətçidirlər. Möminlər təvazökar, cəsur, fədakar, inkarçılar isə özündənrazı, qorxaq və xudbindirlər.
Möminlər və inkarçılar arasındakı bu böyük fərqlərdən biri də sədaqət anlayışında ortaya çıxır. İnkarçılar əsla həqiqi sədaqətə malik ola bilməzlər. Onlar yalnız öz mənafelərini güddükləri üçün sevdiklərini söylədikləri insanları (dostlarını, yaxınlarını) bu mənfəətlərinin xətrinə çox asanlıqla aldada bilərlər. Doğru olduğunu bildikləri yoldan asanlıqla geri dönərlər.
Halbuki möminlər tamamilə fərqlidirlər. Onların meyarı öz mənafeləri deyil, Allah rizasıdır. Bütün davranışlarını Allahın istədiyi şəkildə həyata keçirərlər. Bu səbəbdən də sevdiklərini (yəni başqa möminləri) Oxumağa davam et →
Bunu bəyən:
Bəyən Yüklənir...