Niyə İslam Birliyi?

Birləşmiş Ərəb Əmirlikləri: Dubay

İslam dünyasının gələcəyinin dünyada sülhün və təhlükəsizliyin bərqərar olması ilə birbaşa bağlı olduğu bir çox mütəfəkkirlər tərəfindən ifadə edilir. İslam dünyası təxminən 1.2 milyardlıq əhalisi (müsəlmanlar dünya əhalisinin təxminən 1/4 hissəsini təşkil edir), sahib olduğu yeraltı zənginlikləri, yerləşdiyi ərazinin strateji əhəmiyyəti ilə böyük gücə malikdir. II Dünya Müharibəsinə qədər əksəriyyəti müstəmləkə altında olan müsəlman ölkələri II Dünya Müharibəsindən sonra başlayan müstəmləkə inqilabları ilə müstəqilliklərini qazanmış və bu vəziyyət İslam coğrafiyasının görünüşünü dəyişdirmişdir. İslamın yayıldığı ərazidə əsl dəyişiklik isə Soyuq Müharibənin sona çatması ilə başlamışdır. Bu tarixə qədər Afrika-Asiya ərazisi kimi qəbul edilən İslam dünyası Albaniya və Bosniyadan tutmuş, Çeçenistan və Tacikistana qədər davam edən Avrasiya (Avropa-Asiya) ərazisini əhatə etmişdir. 80-ci illərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan yeganə müsəlman ölkə Türkiyə idisə, bu gün bu ədəd doqquza çatmışdır.

Oxumağa davam et

Darvinizmin Yayılması və Kommunizm-Kapitalizm Əlaqəsi

Darvinizmin siyasi təsirlərini araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır. Bu nəzəriyyə yalnız bir ideologiya ilə deyil, bir-birindən çox fərqlənən bir çox ideologiya ilə əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdığımızda, kommunizmlə yanaşı, irqçilik, imperializm, kapitalizm, faşizm kimi bir çox ideologiya ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil, hətta bir-birinə zidd görünən bu ideologiyaların ortaq xüsusiyyəti isə İlahi dinlərə və onların gətirdiyi əxlaqi dəyərlərə qarşı olmasıdır.

Bu ideologiyaların liderləri dini inancları və dəyərləri özlərinə maneə olaraq görmüş və bu inanc və dəyərləri ortadan qaldırmaq üçün darvinizmdən silah kimi istifadə etmişlər. İşin ən maraqlı tərəfi ondadır ki, bir yandan öz ideologiyalarına bu tərzdə fəaliyyət sahəsi açarkən, digər tərəfdən də özlərinə rəqib olan ideologiyaları gücləndirmişlər. Məsələn, iddialarına görə amansız “həyat mübarizəsi”nin yaşandığı sərbəst bazar mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı lazımlı görüb dəstəkləyən kapitalistlər, bu yolla digər tərəfdən də qarşı olduqları kommunizmi dəstəkləmişlər. Oxumağa davam et