Atmosferin həyat üçün ideal uyğunluğu

dunya-atmosfer-850x531Yer kürəsi, indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün, kifayət etmir. Çox mühüm olan digər bir şərt, atmosferin quruluşudur.

Oxumağa davam et

Bitki rənglərindəki sənət

  • Ətrafınızdakı çiçəklərin nə üçün bu qədər müxtəlif rəngləri olduğunu heç düşünmüsünüzmü?
  • Bitkilərin yarpaqları nə üçün yaşıldır?
  • Metrlərlə hündürlüyü olan ağacların ən ucdakı budaqları belə yaşıl rəngini necə qoruyur?

2-ideas-of-spring-bedding-plants-2014Meyvələr, tərəvəzlər, çiçəklər və ağacların hər birinin müxtəlif rəngi, qoxusu və dadı var. Şübhəsiz ki, bu xüsusiyyət Allah`ın yaratma sənətinin dəlillərindəndir. Ətrafınızda hər an gördüyünüz, bəzən də ancaq kitablardan tanıdığınız bitkilərin hər birinin özünəməxsus rəng və naxışları var. Hamısının çoxalma forması fərqlidir, tərkiblərindəki nektarın miqdarı, qoxuları da fərqlənir. Gülləri düşünək. Qırmızı, ağ, sarı, narıncı, çəhrayı, kənarları ağ, əlvan rəngli, hətta bir-birinə keçid edən rəngləri olan növbənöv çiçəklər var. Sözsüz ki, bunları görən insanın heyran olmaması, çiçəkləri yaradan uca Allah`ın sonsuz qüdrətini qavramaması korluqdur. Allah Quranda gördüyü yaradılış dəlillərini təqdir edə bilməyən insanlar haqqında belə buyurur:

Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, onların yanından üz çevirib keçirlər. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allah`a inanarlar. (Yusif surəsi, 105-106) Oxumağa davam et