Allahın Cənnət əhli üçün hazırladığı nemətlər

Allah Quranda Cənnəti təsvir edən ayələrlə insanlara dünyadakılarla müqayisə edilməyəcək bir nemət üfüqü açır. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 35) ayəsi ilə Cənnətdəki nemət bolluğu xəbər verilir.

Allah insanları hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq şəkildə yaratmışdır. Bu səbəbdən, insan həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə çatmaq üçün cəhd edir. Daima gözəllik və nemət axtarır. Ancaq bunu nə qədər çox istəsə də, bunun üçün nə qədər çox səy göstərsə də, dünya həyatında heç vaxt axtardığı mükəmməlliklə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və əksik yaratmışdır. Oxumağa davam et