Neandertallarla eyni xəstəliklərə tutulmağımızın səbəbi nədir?

“Science” jurnalının 12 fevral 2016-cı il tarixli buraxılışında ABŞ-ın Vanderbilt Universitetində aparılan yeni araşdırmanın nəticələri dərc olundu. Məqalə ilk baxışda irsi xəstəliklərlə əlaqədar görünsə də əslində “Müasir insanların neandertallarla qaynayıb qarışmasından meydana gələn fenotipik irs” başlığı bizə məqalədə təkamül təbliğatı aparıldığını göstərir.

Araşdırmaya rəhbərlik edən Vanderbilt Universitetindən genetik Con Kapra müqayisə apararaq belə deyir:

“Təsbitlərimiz neandertal DNT-sinin müasir insanların xəstəliklərinə təsir etdiyini göstərir. Neandertal DNT-sinin immunoloji, dermatoloji, nevroloji, psixi və cinsi xəstəliklərimizlə əlaqəli olduğunu kəşf etmişik”.

Kapranın neandertalların da bizimlə oxşar xəstəliklərə sahib olduğu yönündəki bu təsbiti önəmlidir və əslində təkamül fərziyyəsini çürüdən sübutdur.

Müxtəlif mədəniyyətlər və fərqli fiziki xüsusiyyətlər

İnsanlar nəsillər boyunca müxtəlif xəstəliklərə tutulub və buna aid genetik xüsusiyyətlər nəsildən-nəsilə ötürülərək indiyə qədər gəlib çatmışdır. İrsi adlandırılan belə genetik xüsusiyyətlər o xəstəliyin ortaya çıxma ehtimalını qüvvətləndirir, amma bunu təkamülə dəlil göstərmək olduqca mənasızdır. Oxumağa davam et

Neandertallar: anatomiyaları və mədəniyyəti

Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

Həqiqətə qarşı əks-təbliğat  

Fosil tapıntıları  Neandertal insanının bizə görə heç bir ibtidai  yönü olmayan insan irqi olduğunu göstərməsinə baxmayaraq, Neandertallar haqqında təkamülçülər tərəfindən ortaya atılan iddialar dəyişmir. Oxumağa davam et

Təkamül nəzəriyyəsinin məktəb terrorlarında rolu

imagesSon illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrində çoxlu sayda şagird qətlə yetirilmişdir. KİV çox vaxt bu qırğınları depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) olan insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardınca başqa amil də nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Kliboldun 20 aprel 1999-cu ildə birlikdə məktəbə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişlər. Bir qəzet verdiyi xəbərdə “Kolumbayn Liseyinə hücum edərək 13 yoldaşını qətlə yetirən Erik Harris və Dilan Kliboldun Darvinin təbii seçmə nəzəriyyəsindən təsirləndiyi məlum olub” cümləsi ilə bu terrorun səbəbini açıqlamışdır. Oxumağa davam et