Vicdan və Quran axirətə yəqinliklə iman gətirməyi əmr edir

Makbul Olan Tevbe AnıÖlüm son deyil. Əgər imtahan varsa, bu imtahanın nəticəsi də var. Ancaq dünya həyatında belə nəticələndirmə yoxdur. Dünyaya gəlib-gedən bütün insanlar arasında zalımlar, əxlaqsızlar, cinayətkarlar olub. Bunlarla yanaşı, Allah`ın elçiləri kimi çox yüksək vicdan və əxlaqa malik, həyatını Allah üçün yaşamağa həsr etmiş insanlar da olub.  Eyni zamanda, qəddar hökmdarlardan zülm görən yazıq və zəif insanlar da yaşayıb. Keçmişdəkilərin hər biri artıq ölüb. Yaxşı olan da, pis olan da torpağın altında dəfn edilib. Heç birinin sümüklərindən başqa bir şey qalmayıb. Sonsuz ədalət sahibi Allah dünya həyatını belə nəticələndirmir.

Qısası, vicdanı insana Allah`ın sonsuz ədaləti ilə hər kəsə etdiyi əməllərin qarşılığını verəcəyini bildirir. Bu haqq-hesab günü dünyada olmadığına görə,  deməli,  bunun təxirə salındığı yer var. Oxumağa davam et

Allah İnsana Öz Ruhundan Üfürmüşdür

Kaliforniya Universitetindən neyroloq və psixiatriya professoru Cefri M. Şvartz beyində qırmızı rəngin necə qavranıldığını, gözəl musiqi parçasının bifşteks yeməkdən fərqli şəkildə qavranıldığını və nə üçün ən dəqiq detallara malik olan MR-ların (maqnetik rezonans) belə qavrama işinin mexanizmi haqqında heç bir dəlil vermədiyini öyrənməyə çalışdıqdan sonra bu sualı vermişdir:

… niyə beyin mexanizmləri üzərində işləmək, hətta molekulyar səviyyədə tədqiqatlar belə bu suallara heç cür cavab tapa bilmir? Oxumağa davam et