Təkamülü Sübut Edə Bilən Fosil Yoxdur

Təkamül nəzəriyyəsinin elmə qazandırdığı vaxt itkisinin digər səbəbi paleontologiyanın (daşlaşmış qalıqları araşdıran elm) bu nəzəriyyəni sübut etmək üçün çıxılmaz bir vəziyyətə düşməsidir. Əlbəttə, dünya üzərindəki həyatın tarixini öyrənmək üçün paleontoloji araşdırmalara ehtiyac var. Ancaq təkamül nəzəriyyəsinin səhv baxışları daşlaşmış qalıqların araşdırmalarına mənfi təsir edir və elm adamlarını yanlış istiqamətə yönəldir. Xüsusilə “insanın əcdadı”  mövzusunu araşdıran paleontoloqların bəziləri tamamilə çıxılmaz vəziyyətə düşmüşlər. Xəyali yarı meymun-yarı insan canlıları tapmaq üçün apardıqları bütün araşdırmalar nəticəsiz qalmışlar. Oxumağa davam et

Təkamülçülərin Nəzəriyyələrinə Dair Heç Bir Elmi Dəlili Yoxdur

Təkamülçülər insanın meymunlarla ortaq əcdaddan təkamül yolu ilə əmələ gəldiyi iddiasını dəlilsiz surətdə qəbul edirlər, ancaq bu təkamülün necə baş verdiyi sualına “bilmirik, bəlkə gələcəkdə bir gün başa düşərik” şəklində heç bir elmi dəyəri olmayan cavab verirlər. Təkamülçü paleoantropoloq İleyn Morqan belə etiraf edir:

İnsanlarla (insanın təkamülü ilə) bağlı ən vacib dörd sirr budur:

Nə üçün iki ayaq üzərində gəzirlər?

Nə üçün bədənlərindəki qalın tükləri tökmüşlər?

Nə üçün bu qədər böyük beyinləri var?

Nə üçün danışmağı öyrənmişlər? Bu suallara verilən standart cavablar belədir: Oxumağa davam et