Qurani-Kərimdə kainatın yaradılışı

Qurandakı işarələr

Böyük partlayış modeli, insanların kainatı tanımasına kömək etməklə yanaşı, çox mühüm bir funksiya daha gerçəkləşdirmişdir. Əvvəlki səhifələrdə sözlərini nəql etdiyimiz, əvvəllər ateist olan lakin sonradan yaradılışı qəbul edən tanınmış filosof Antoni Flyunun (Anthony Flew) ifadəsiylə, böyük partlayışla birlikdə; “elm, dini mənbələr tərəfindən müdafiə olunan bir iddianı sübut etmişdir”.kurani-kerim

Bu həqiqət, kainatın yoxdan yaradıldığı həqiqətidir. Bu, elmin kəşfindən minlərlə il əvvəl, Allahın insanlara rəhbər olaraq endirdiyi müqəddəs kitablarda bildirilmişdir.

Bütün ilahi mənbələrdə arasında təhrif olunmamış yeganə kitab olan Quranda isə, həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın forması mövzusunda məlumatlar verilir. Bundan 14 əsr əvvəl vəhy olunmuş bu məlumatlar, XX əsr elminin tapıntılarıyla tam şəkildə üst-üstə düşür. Oxumağa davam et

HZ. MEHDİNİN (ƏS) DÖVRÜNDƏ BÜTÜN DÜNYAYA BƏNZƏRSİZ ƏDALƏT HAKİM OLACAQ

25915123a8b01ea05dd6Uca Allah Qurani-kərimdə İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz (səv) də hədislərində bu böyük, mübarək hadisəyə axırzamanda hz. Mehdinin (əs) vəsilə olacağını xəbər vermişdir. Quran əxlaqına uyğun olaraq və Peyğəmbərimizin (səv) bildirdiyi kimi, İslam əxlaqı sevgi ilə hakim olacaq. İslam əxlaqının hakim olması ilə yer üzü sülh və əmin-amanlığa qovuşacaq, hər cür qarışıqlığa, münaqişəyə, anarxiya və terrora son qoyulacaq. Axırzamanın qarışıqlığından və zülmündən əziyyət çəkən insanlar İslam əxlaqını yer üzünə hakim edəcək hz. Mehdinin (əs) ədalətindən, mərhəmətindən, comərdliyindən, sevgisindən, diqqətindən razı qalacaqlar. Oxumağa davam et

Hz. Muhəmməd (səv) hər cür irqi ayrı-seçkiliyə qarşı çıxmışdır

Corporate Photo, two smiling girls and one smiling boy looking up at the camera while they are hugging each other.

Hz Muhəmməd (səv) yaşadığı dövrdə bütün insanlar arasında ədaləti qorumuş, cahiliyyə inancında olan dil, irq, sosial status, etnik mənşə kimi məfhumlardan doğan üstünlük inancını təkzib etmişdir. Çünki insanlar arasında bu xüsusiyyətlərə görə ayrı-seçkilik etmək Quran əxlaqında ciddi tənqid olunur. Dövrümüzdəki ifadəsi ilə “irqi ayrı-seçkilik” Quranda qadağan olunan, ancaq cahiliyyədə geniş yayılmış fikirdir. İnsanların müxtəlif irqlərə mənsub yaradılmalarının hikmətlərindən biri bir-birləri ilə tanış olmalarıdır. Bütün insanlar Allah qatında bərabərdir və yeganə üstünlük Allaha imandan və təqvadan qaynaqlanır. Oxumağa davam et

Hz. Muhəmmədin (səv) bütün bəşəriyyətə nümunə olan həyatı

manzara-1Allah insanlara xəbərdar edən və qorxudan kimi göndərdiyi elçilərinə insanlar arasında ədaləti bərqərar etməyi əmr etmişdir. Son peyğəmbər olan hz. Muhəmməd (səv) də ona vəhy gəldiyi Məkkədə İslam dinini ədalətlə yaymağa başlamışdır.

Həmin dövrdə Ərəbistanda, xüsusilə də Məkkənin ictimai sistemində çoxlu problemlər var idi. Cahiliyyə dövrü adlandırılan İslamdan əvvəlki bu dövrdə millətlər və dinlər arasında ciddi ayrı-seçkilik və bu ayrı-seçkilikdən qaynaqlanan narazılıqlar, müxtəlif dinlərə mənsub qövmlər arasında qeyri-tolerant münasibət, qəbilələr arası münaqişələr, ədalətsiz iqtisadi nizam, soyğunlar, varlılar və kasıblar arasında böyük uçurumlar və daha bir çox ədalətsiz icraatlar mövcud idi. Ədalət tətbiq olunmur, zəiflər gücü və pulu olanlar tərəfindən əzilir, insanlara milliyyətləri, dinləri və dillərinə görə zülm edilirdi. İnsanlar bir qarın yemək üçün ağır şəraitdə işlədilir, əziyyət görürdülər.

Oxumağa davam et

Ədalət bütün insanlar arasında, dil, irq, etnik mənşə nəzərə alınmadan bərabər tətbiq edilməlidir

adalet (1)

Dünyada baş verən hadisələri təhlil etdikdə ədalətin yer, zaman və şəxslərə görə fərqli şəkildə tətbiq olunduğuna şahid oluruq. Məsələn, bəzi ölkələrdə insanların dərisinin rəngi ədaləti tətbiq edən insanların qərarına təsir edir. Ağdərili insanla qaradərili insan eyni vəziyyətdə olduqda onlar haqqında ədalətlə hökm verilmir. Bəzi ölkələrdə irq çox böyük əhəmiyyət daşıyır. Keçən əsrdə Hitlerin ari irqi digər irqlərdən üstün görüb milyonlarla insanı məhz irqinə görə məhv etmək istəməsi buna nümunədir. Dövrümüzdə də milliyyətinə, dərisinin rənginə görə zalım, ədalətsiz rəftarla qarşılaşan insanlar var. ABŞ-da və Cənubi Afrikada illərlə qaradərili irqlə ikinci sinif insan kimi rəftar edilmiş, çoxlu sayda Asiya və Afrika ölkəsində məhz irq fərqinə görə şiddətli münaqişələr baş vermişdir.

Oxumağa davam et

Sam Harrisin xətaları və azad iradə gerçəyi

maxresdefault

Yaradıcının varlığını inkar etmə üzərində qurulmuş ateist fəlsəfə  “din anlayışına ehtiyac olmadığı”nı irəli sürür.

Bu yazıda haqqında bəhs ediləcək ateist yazıçı Sam Harris də “The Moral Landscape” adlı kitabında “ictimai əxlaq üçün dinə lazım olmadığı” və “duyğu və düşüncələrin biokimyəvi səbəbləri olduğu” kimi təlqinlər verir. Əvvəla qeyd etmək lazımdır ki, hər insan həyatı və hadisələri istədiyi şəkildə şərh edə bilər. Ancaq insanları yanlış istiqamətləndirmək, elmi həqiqətlərdən uzaq fikirlər yayaraq doğrulardan uzaqlaşdırmaq qəbuledilməzdir. Ateistlərin müdafiə etdikləri anlayışlardakı yanlışların elmi olaraq dəyərləndirilməsi bu səbəbdən vacib və əhəmiyyətlidir.

Oxumağa davam et

Sosial ədalət ancaq Quranın hökmlərinə əməl etməklə mümkün olar

the_holy_quran_by_areart-d5gppsq

Dövrümüzdə ən varlısından ən kasıbına kimi hər ölkədə küçələrdə yaşayan və zibil yeşiklərindən yemək yeyən insanları görmək mümkündür. Vicdanları çox narahat edən bu görüntü eyni zamanda dünyada mövcud olan ədalətsiz gəlir bölgüsünün nəzərə çarpan göstəricisidir.

Bu gün yüz milyonlarla insan su, qida, sığınacaq, səhiyyə xidmətləri kimi əsas ehtiyaclarından məhrum olunmuş şəkildə yaşayır. Dünya sərvətlərinin 80%-ni dünya əhalisinin 17%-i istehlak edir, təqribən 5 milyard insan isə yerdə qalan 20%-lə qane olmağa məcburdur. Bir milyarda yaxın insan gecə ac yatır. Vəziyyət belə olduğu halda, ən zəngin yüz insanın ümumi əmlakı ən kasıb 3.5 milyard insanın, yəni dünya əhalisinin yarısının ümumi əmlakına bərabərdir…

Oxumağa davam et

Yaxın Şərqdə məcburi ittifaq yox, sevgi ittifaqı

58261Ayrılıqlar və bölünmələr hər zaman vardı. Amma qəribə ittifaqlar bir anda İŞİD kimi bir şəbəkənin İraq şəhərlərini işğal etməsi ilə ortaya çıxmağa başladı. Malikinin məzhəb ayrıseçkiliyinə zəmin hazırlayan bəzi hərəkətləri və İraqın içində bölünmüş xalq, bir anda İŞİD şəbəkəsi ətrafında bir çox fərqli qrupu birləşdirdi. Sünni təriqətlər, Maliki əleyhdarları, bir qisim türkmən və kürdlər, Səddam dövrünün əsgər və generalları bir dam altında birləşdilər. Bu işğalları təhdid olaraq qəbul edən ətraf ölkələrdə də vəziyyət qəribədir. Maliki-Ruhani ittifaqı davam edərkən, İŞİD-in İraqdakı irəliləyişi Ruhani-Obama ittifaqını da qızışdırırdı. Belə ki, yaxın günlərdə İranın nüvə proqramı çərçivəsində Ruhani ilə birlikdə gerçəkləşəcək Cenevrə danışıqlarında digər bir məsələ İŞİD-dir. Oxumağa davam et