Müsəlmanların ən mühüm vəzifəsi Allahın rizasını qazanmaq üçün axirətə hazırlaşmaqdır

669553Bəzi insanlar həyatları boyu daima bir şey üçün hazırlıq görürlər. Hələ ibtidai sinifdə olarkən yuxarı sinifə keçmək üçün böyük əzmlə imtahanlara hazırlaşırlar. Daha sonra bu hazırlıq universitet üçün davam edir. Universitetdən sonra isə “görəsən, yaxşı iş tapa biləcəyəmmi?” həyəcanı başlayır. Daha sonrakı illərdə insanın bu cəhdi daha yaxşı iş, işində yüksəlmə arzusu, daha yaxşı ev, daha yaxşı avtomobil, daha çox var-dövlət sahibi olma kimi silsilə şəklində davam edir. Şübhəsiz ki, insanın yaxşı təhsil almaq, gözəl işə sahib olmaq, yaxşı həyat tərzi keçirmək kimi istəklərinin olması normaldır. İnsanların səhvi ondadır ki, bu istəklərini əldə etmək üçün əzmlə çalışaraq həyatları boyu etməli olduqları ən mühüm hazırlığı unudurlar. Dünya ilə bağlı bir çox təfərrüat və hadisə bu insanlara (uca Allah`ı tənzih edirik) Allah`ı və axirəti unutdurur. Oxumağa davam et