Son illərdə müsəlman ölkələrində baş verən ictimai iğtişaşlar Hz. Mehdinin (ə.s) çıxış əlamətlərindəndir

Peyğəmbərimizin (s.ə.v) axırzaman və hz. Mehdinin (ə.s) çıxış əlamətləri ilə əlaqədar verdiyi ətraflı məlumatlar bir-birinin ardınca zühur edir. Hədislərdə bildirilən əlamətlər arasında müsəlman ölkələrində baş verən hadisələrdən də bəhs edilmişdir. Peyğəmbərimizdən (s.ə.v) edilən rəvayətlərdən məlum olur ki, müsəlman ölkələrində baş verən qarışıqlıqlar, fitnələr və böyük hadisələr hz. Mehdi (ə.s) çıxana qədər davam edəcək (doğrusunu Allah bilir).

Hal-hazırda müsəlman ölkələrində müharibə və qarşıdurmalar, terror, şiddət, anarxiya, qarışıqlıq, qırğınlar, işgəncələr və əxlaqi degenerasiya dözülməz həddə çatıb. Bu ölkələrdə baş verən hadisələr hədislərdəki izahlarla üst-üstə düşür. Bölgədə yaşanan anlaşılmazlıqlar, döyüşlər, işgəncə və qırğınlar hz. İsanın (ə.s) nüzulu və hz. Mehdinin (ə.s) zühuru ilə bağlı olan əlamətlərdəndir. Oxumağa davam et