Neandertallarla eyni xəstəliklərə tutulmağımızın səbəbi nədir?

“Science” jurnalının 12 fevral 2016-cı il tarixli buraxılışında ABŞ-ın Vanderbilt Universitetində aparılan yeni araşdırmanın nəticələri dərc olundu. Məqalə ilk baxışda irsi xəstəliklərlə əlaqədar görünsə də əslində “Müasir insanların neandertallarla qaynayıb qarışmasından meydana gələn fenotipik irs” başlığı bizə məqalədə təkamül təbliğatı aparıldığını göstərir.

Araşdırmaya rəhbərlik edən Vanderbilt Universitetindən genetik Con Kapra müqayisə apararaq belə deyir:

“Təsbitlərimiz neandertal DNT-sinin müasir insanların xəstəliklərinə təsir etdiyini göstərir. Neandertal DNT-sinin immunoloji, dermatoloji, nevroloji, psixi və cinsi xəstəliklərimizlə əlaqəli olduğunu kəşf etmişik”.

Kapranın neandertalların da bizimlə oxşar xəstəliklərə sahib olduğu yönündəki bu təsbiti önəmlidir və əslində təkamül fərziyyəsini çürüdən sübutdur.

Müxtəlif mədəniyyətlər və fərqli fiziki xüsusiyyətlər

İnsanlar nəsillər boyunca müxtəlif xəstəliklərə tutulub və buna aid genetik xüsusiyyətlər nəsildən-nəsilə ötürülərək indiyə qədər gəlib çatmışdır. İrsi adlandırılan belə genetik xüsusiyyətlər o xəstəliyin ortaya çıxma ehtimalını qüvvətləndirir, amma bunu təkamülə dəlil göstərmək olduqca mənasızdır. Oxumağa davam et

İslam Dünyasında Parçalanmanın Səbəbləri

İslam dünyasının parçalanması 20-ci əsrin əvvəllərində ortaya çıxmışdır. Bundan əvvəl isə fərqli məzhəb, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam imperiyalarının rəhbərliyi altında bir yerdə dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Ən vacibi isə bu halda onlar daha güclü idilər.

Ancaq 19-cu əsrin ən dağıdıcı axınlarından biri olan radikal milliyyətçilik İslam dünyasında da təsirini göstərdi. Müsəlmanların bir qisimi qərb ideyalarının təsiri altında qalaraq özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu əsnada İslam imperiyalarının zəifləməsi ilə müsəlmanların böyük əksəriyyəti qərbli güclərin müstəmləkəsinə çevrilmişdi. Müstəmləkəçi güclər İslam torpaqlarından çəkilərkən də bu torpaqları süni sərhədlərlə bölüb müxtəlif dövlətlər meydana gətirdilər. Bu vəziyyət bəzi müsəlmanlar arasında yayılan radikal milliyyətçilik hərəkatları ilə birləşərək ortaya olduqca qarışıq vəziyyət çıxartmışdı.

Oxumağa davam et

Darvinizmin Yayılması və Kommunizm-Kapitalizm Əlaqəsi

Darvinizmin siyasi təsirlərini araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır. Bu nəzəriyyə yalnız bir ideologiya ilə deyil, bir-birindən çox fərqlənən bir çox ideologiya ilə əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdığımızda, kommunizmlə yanaşı, irqçilik, imperializm, kapitalizm, faşizm kimi bir çox ideologiya ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil, hətta bir-birinə zidd görünən bu ideologiyaların ortaq xüsusiyyəti isə İlahi dinlərə və onların gətirdiyi əxlaqi dəyərlərə qarşı olmasıdır.

Bu ideologiyaların liderləri dini inancları və dəyərləri özlərinə maneə olaraq görmüş və bu inanc və dəyərləri ortadan qaldırmaq üçün darvinizmdən silah kimi istifadə etmişlər. İşin ən maraqlı tərəfi ondadır ki, bir yandan öz ideologiyalarına bu tərzdə fəaliyyət sahəsi açarkən, digər tərəfdən də özlərinə rəqib olan ideologiyaları gücləndirmişlər. Məsələn, iddialarına görə amansız “həyat mübarizəsi”nin yaşandığı sərbəst bazar mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı lazımlı görüb dəstəkləyən kapitalistlər, bu yolla digər tərəfdən də qarşı olduqları kommunizmi dəstəkləmişlər. Oxumağa davam et