Müsəlmanın yəhudilərə münasibəti necə olmalıdır?

religious02.17Peyğəmbərimiz (səv) bütün həyatı boyu kitab əhli ilə çox ədalətli və tolerant davranmışdır. Peyğəmbərimizin (səv) bu münasibətinə görə yəhudilərin öndə gələn ravvinlərindən Abdullah ibn Səlam və dostları İslamı qəbul etmiş, iman gətirmişdirlər.

Avropa tarixində rast gəlinən və xristianların dini təəssübkeşliyindən qaynaqlanan inkvizisiya məhkəmə icraatlarına və ya irqi ayrı-seçkilikdən doğan anti-semitizmə (yəhudi əleyhdarlığı) heç vaxt rast gəlinməmişdir. Yəhudilərlə müsəlmanlar arasında XX əsrdə Orta Şərqdə yaranan münaqişə və narazılıq isə bəzi yəhudilərin ateist sionizmi mənimsəməsi ilə ortaya çıxmışdır. Sionizm XIX əsrin ortalarında yurdları olmayan yəhudilərin vətən sahibi olmasını istəyən ideologiya kimi ortaya çıxmışdır. Oxumağa davam et

Hz. Muhəmməd (səv) hər cür irqi ayrı-seçkiliyə qarşı çıxmışdır

Corporate Photo, two smiling girls and one smiling boy looking up at the camera while they are hugging each other.

Hz Muhəmməd (səv) yaşadığı dövrdə bütün insanlar arasında ədaləti qorumuş, cahiliyyə inancında olan dil, irq, sosial status, etnik mənşə kimi məfhumlardan doğan üstünlük inancını təkzib etmişdir. Çünki insanlar arasında bu xüsusiyyətlərə görə ayrı-seçkilik etmək Quran əxlaqında ciddi tənqid olunur. Dövrümüzdəki ifadəsi ilə “irqi ayrı-seçkilik” Quranda qadağan olunan, ancaq cahiliyyədə geniş yayılmış fikirdir. İnsanların müxtəlif irqlərə mənsub yaradılmalarının hikmətlərindən biri bir-birləri ilə tanış olmalarıdır. Bütün insanlar Allah qatında bərabərdir və yeganə üstünlük Allaha imandan və təqvadan qaynaqlanır. Oxumağa davam et