İŞİD gedərsə, dərdlər bitəcəkmi?

publika.az1415359222publika.az1404249981RKPKLYV2655534

Bütün dünyaya təsir edən problemə birlikdə şahid oluruq. Belə ki, ölkələr bu problemi həll etmək üçün toplaşır, həll yolları axtarır, hərbi güclərini işə salırlar. Amerika, Kanada, Avstraliya, Rusiya, Fransa ilə birlikdə İngiltərə və Almaniya parlamentləri də müdaxilə edir və əsgərlərini həmin bölgəyə göndərirlər. Amma nəticə dəyişmir və problem getdikcə artır.

Milyonlarla insanın həyatına aidiyyəti olan bu problemlə mübarizə hazırda da davam edir. Bəhs etdiyimiz problem  İŞİD problemidir.

Oxumağa davam et

İŞİD-in ideologiyası ancaq Quranla məğlub edilə bilər

isid2015-ci il gəlib keçdi, amma İŞİD dünya mediasının gündəmindən heç düşmədi. İŞİD zorakılıqları, sosial mediadakı fəaliyyətləri, təbliğat üsulları, iddialı açıqlamaları və qəddar yaraqlıları ilə həmişə gündəmdə idi. Bu radikal təşkilata qarşı mübarizə planları il boyu müzakirə edildi. İŞİD-in yeni kadrlar toplamasının qarşısını almaq və cazibə gücünü yox etməyə yönəlik səylər fasiləsiz davam etdi.

Görünən odur ki, 2016-cı il də oxşar hadisələrə şahid olacaq. Bunun işarələrindən biri yanvar ayının ilk günlərində Obama rəhbərliyi tərəfindən təşkil edilən bir toplantı idi. Kaliforniyadakı önəmli toplantının iştirakçıları arasında dünya miqyasında tanınan isimlər vardı. Dəvət edilənlərin siyahısı ABŞ rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Ağ Evin yüksək rütbəli dövlət rəsmiləri, milli təhlükəsizlik müşavirləri və ABŞ-ın nəhəng texnologiya şirkətlərinin rəhbərləri bir araya gəldilər. Məqsəd dövlət qurumları və özəl sektor təşkilatlarını radikalizmə qarşı bir araya gətirmək və inkişaf etmiş texnoloji mübarizə layihəsini işə salmaq idi.

İŞİD-in internet və sosial mediadan öz ideologiyasını yaymaq üçün uğurla istifadə etdiyi məlumdur. Qərbli dövlətlərin buna qarşı təsirli mübarizə aparmadığı də hər kəsə məlumdur. Məhz Kaliforniya görüşü, əslində, İŞİD təbliğatını dayandırmaq üçün bir addım olaraq atıldı. Alınacaq yeni tədbirlər sırasında ön plana çıxanlardan biri ABŞ-ın xarici işlər nazirliyinin bildirdiyi kimi, radikal təşkilatların sloqanlarına cavab verəcək bir mərkəzin yaradılması idi. Bu mərkəz “radikal qrupların əməllərinə diqqət çəkməyə və müsbət qərb imici formalaşdırmağa” çalışacaq.1 Oxumağa davam et

BMT-dən Dünya dövlətlərinə Armagedon dəvətnaməsi

Basic training13 noyabr Paris hücumlarından sonra Suriyadakı hava əməliyyatlarını artıracağını bildirən Fransa, bu təşəbbüsünə diplomatik dəstək təmin etmək məqsədilə BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsi yekdilliklə qəbul edildi. 2249 saylı bu qərarda İŞİD-in beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğu yenidən vurğulanaraq, gücü və imkanı olan bütün üzv ölkələrin Suriya və İraqdakı hərbi qüvvələrini iki mislinə çıxarmaları, İraq və Suriyadakı İŞİD sığınacaqlarını məhv etmələri tələb olunur.

Bu qərarın ən böyük xüsusiyyəti isə bundan sonra istəyən hər bir ölkənin Suriya hökumətinin tələbi olmadan bölgədəki terror hədəflərinə əməliyyat həyata keçirməsinə hüquqi əsas təşkil etməsidir. Belə ki, İngiltərə Daimi Nümayəndəsi və BMT Təhlükəsizlik Şurasının hazırkı sədri Metyu Rikroft BMT-nin qərarına əsasən Suriyadakı İŞİD hədəflərinə hücum üçün hüquqi zəminin yarandığını və bu hücumlar üçün Suriya hökumətindən icazə almağa ehtiyac olmadığını ifadə etdi.

Əlbəttə ki, Suriya vətəndaş müharibəsindən sonra hava əməliyyatları nəticəsində meydana gələn on minlərlə insan itkisi nəzərə alındıqda, bu əməliyyatların daha da artırılmasının yol açacağı insan təlafatı, dağıntı və fəlakətin miqyasını təsəvvür etmək belə çətindir. Oxumağa davam et