Saleh Əməl

Qu­ran­da tez-tez rast gə­li­nən ter­min­lər­dən bi­ri «sa­leh əməl»dir. «Sa­leh» kəl­mə­si “gö­zəl, doğ­ru, xe­yir­li” mə­na­la­rı­nı ve­rir. «İs­lah et­mək» fe­li də ey­ni kök­dən tö­rə­miş­dir və «sa­leh və­ziy­yə­tə gə­tir­mək» de­mək­dir. «Əməl» kəl­mə­si­nin Azər­bay­can di­li­nə ən ya­xın qar­şı­lı­ğı isə «iş»dir. Ümu­miy­yət­lə, sa­leh əməl, yax­şı və xe­yir­li iş mə­na­sı­nı ve­rir ki, bu da Qu­ran­da Al­la­hın ri­za­sı­na və gön­dər­di­yi di­nə uy­ğun hər cür əməl və hə­rə­kə­ti ifa­də edir.

İn­sa­nın axi­rə­ti­ni xi­las edən şey isə yal­nız iman gə­tir­mə­si de­yil, ey­ni za­man­da o ima­na uy­ğun sa­leh işlər görməsidir. Çün­ki sa­leh əməl sə­mi­mi ima­nın gös­tə­ri­ci­si­dir. Bu­nun ək­si­nə, yal­nız «iman gə­tir­dim» de­yib bu ima­nın tə­ləb­lə­ri­ni ye­ri­nə ye­tir­mə­mək in­sa­nı xi­las et­məz. Al­lah bu möv­zu­da be­lə bu­yu­rur:

«İn­san­lar yal­nız: «İman gə­tir­dik!» – de­mə­lə­ri­lə on­lar­dan əl çə­ki­lib im­ta­han olun­ma­ya­caq­la­rı­nı­mı sa­nır­lar? Biz on­lar­dan əv­vəl­ki­lə­ri də im­ta­ha­na çək­miş­dik. Şüb­hə­siz ki, Al­lah düz­da­nı­şan­la­rı da, ya­lan­çı­la­rı da çox gö­zəl ta­nı­yar!» («Ən­kə­but» su­rə­si, 2-3).

Al­la­hın «iman gə­tir­dik» de­yən­lə­ri sı­na­ma­sı­nın önəm­li qis­mi sa­leh əməl­lər­lə olur. Çün­ki bu əməl­lər, on­la­rı ye­ri­nə ye­tir­mə­yə borc­lu olan mü­səl­man­la­rın səbir­lə­ri­ni, qə­tiy­yət­lə­ri­ni, sə­da­qət­lə­ri­ni, qı­sa­sı, iman­la­rın­da­kı fə­ra­sət­lə­ri­ni or­ta­ya çı­xa­rır. Oxumağa davam et