Avropa İttifaqı birlik olmada nə qədər uğurludur?

55eefad1c461885f6b8b457cAvropa İttifaqının elan edildiyi 1993-cü il Maastrixt sazişi ilə 12 ölkə Avropa xalqlarını birləşdirmək və ümumi problemlərə həll yolu tapmaq məqsədilə siyasi birlik halına gəldi. Vahid konstitusiya, vahid pul vahidi, mərkəzi icra və qanunverici orqanları birliyi gücləndirdi. 4-ci Böyümə ilə Avstriya, İsveç və Finlandiya, 5, 6 və 7-ci Böyümə ilə keçmiş Şərq Bloku ölkələri Avropa İttifaqına qatıldı. Avropa İttifaqı 28 ölkə, 500 milyon insan, 20 trilyon dollara yaxın bir iqtisadiyyatı ilə dünyanın sayılan güclərindən biri oldu.

Halbuki Avropa İttifaqının bu nəhəng maddi gücdəki siyasi birliyi sosial və mədəni həmrəyliklə lazımi qədər dəstəklənmədi. Bütün Avropa İttifaqı xalqlarını birləşdirən ortaq dəyərlər zənciri yaratmadı. Avropa cəmiyyətinin ümumi rifah, əmin-amanlıq və xoşbəxtlik səviyyəsini yüksəldəcək, ədalət və bərabərlik anlayışlarını bütün Avropa İttifaqına çatdıracaq addımlar kifayət qədər olmadı.

Bunun ən vacib səbəblərindən biri iki əsas blok arasında İttifaqın qurulmasından etibarən davam edən mübahisə oldu. Bu bloklar Fransa və Almaniya rəhbərliyindəki qitə Avropası ilə İngiltərə və İtaliyanın rəhbərliyindəki Avropanın sahilyanı bölgəsi idi. İttifaq daxilindəki bu ayrılıq və çəkişmə 2008-ci il iqtisadi böhranında İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan kimi Avropa İttifaqı üzvlərinin maliyyə böhranı ilə üzləşmələrində mühüm rol oynadı. Oxumağa davam et

Müsəlmanlar bütün dünyadakı müsəlmanlara görə məsuliyyət daşıyırlar

“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdanstill-of-viola-davis,-dale-robinette,-octavia-spencer-and-emma-stone-in-the-help-(2011)-large-picture qorxun ki, sizə rəhm edilsin.” (Hucurat surəsi, 10) ayəsində bildirildiyi kimi, müsəlmanlar imanla bir-birlərinə bağlanmış qardaşlardır. Odur ki, dünyanın müxtəlif bölgələrində yaşasalar da, fərqli dillərdə danışsalar da, milliyyətləri və irqləri fərqli olsa da, bir-birlərinin sadiq dostları və köməkçiləridirlər. Müsəlmanların qardaşlığı bir-birləri üçün hər cür fədakarlığı və xeyirxahlığı tələb edir. Bu qardaşlığın tələbi olaraq inananlar Allah yolunda çətinlik və sıxıntıya məruz qaldıqda digər müsəlmanların onlara tərəddüdsüz kömək edəcəklərinə əmin olmalıdırlar. Oxumağa davam et

Allahın Bütün Müsəlmanlara Əmri: İslam Birliyi Üçün Mübarizə Aparmaq

Dünyada müsəlmanlara yönəldilmiş təzyiq siyasətinin həlli nədir?

Müsəlman ölkələrindəki vəhşiliklərə qan tökülmədən, elm, ağıl və biliklə necə son qoymaq olar?

Bu gün İslam dünyasının qanayan yarası olan Fələstin İraq, Şərqi Türküstan, Suriya, Pakistan, Əfqanıstan, Birma və Patanidə müsəlmanların böyük əksəriyyəti 100 ildən çoxdur ki, əzilir və təzyiq görür. Müsəlman xalq demək olar ki, hər gün yadelli əsgərlərin və ya hökumət mənsublarının hücumuna məruz qalır, bu ölkələrdə vətəndaş müharibələri, qarşıdurmalar, aclıq və insan haqlarının tapdanması ən yuxarı səviyyədə baş verir. Xalq bu qarşıdurmalarda şəhid edilir, şəhid olmayanlar da ya düşərgələrə sürgün edilir, ya da itkin düşür və bir daha onlardan xəbər almaq olmur. Oxumağa davam et

Tarixdən Nümunə: Səlahəddin Əyyubinin İslam Birliyi

1096-cı ildə başladılan birinci Səlib yürüşü zamanı xaçlı orduları Yaxın Şərqə çatdığında müsəlmanlar, aralarında müxtəlif anlaşılmazlıqlar və çəkişmələr yaşanan əmirliklərə bölünmüşdülər. Bu səbəbdən Avropadan gələn barbar işğalçılara qarşı müqavimət göstərə bilmədilər. 1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra qurulan Xaçlı Krallığı uzun illər müsəlmanların bölünməsindən faydalanmışdı. Ancaq böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altına alaraq birləşdirməsi i müsəlmanlar, xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular.

Oxumağa davam et

Niyə İslam Birliyi?

Birləşmiş Ərəb Əmirlikləri: Dubay

İslam dünyasının gələcəyinin dünyada sülhün və təhlükəsizliyin bərqərar olması ilə birbaşa bağlı olduğu bir çox mütəfəkkirlər tərəfindən ifadə edilir. İslam dünyası təxminən 1.2 milyardlıq əhalisi (müsəlmanlar dünya əhalisinin təxminən 1/4 hissəsini təşkil edir), sahib olduğu yeraltı zənginlikləri, yerləşdiyi ərazinin strateji əhəmiyyəti ilə böyük gücə malikdir. II Dünya Müharibəsinə qədər əksəriyyəti müstəmləkə altında olan müsəlman ölkələri II Dünya Müharibəsindən sonra başlayan müstəmləkə inqilabları ilə müstəqilliklərini qazanmış və bu vəziyyət İslam coğrafiyasının görünüşünü dəyişdirmişdir. İslamın yayıldığı ərazidə əsl dəyişiklik isə Soyuq Müharibənin sona çatması ilə başlamışdır. Bu tarixə qədər Afrika-Asiya ərazisi kimi qəbul edilən İslam dünyası Albaniya və Bosniyadan tutmuş, Çeçenistan və Tacikistana qədər davam edən Avrasiya (Avropa-Asiya) ərazisini əhatə etmişdir. 80-ci illərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan yeganə müsəlman ölkə Türkiyə idisə, bu gün bu ədəd doqquza çatmışdır.

Oxumağa davam et