Adnan Oktar: “Müsəlmanlar əvvəlcə özlərini mühakimə etməlidir”

2260Suriya, Şərqi Türküstan, Arakan, İraq, Fələstin, Əfqanıstan, Kəşmir…

Hazırda dünyada çox böyük xaos hakimdir. Bunu anlamaq üçün hər gün mətbuatda işıqlandırılan şəhid xəbərlərinə, yaralananların sayına baxmaq kifayətdir. Hər gün yüzlərlə insan evindən, yurdundan didərgin düşür. Bir o qədər insan qətlə yetirilir. Kiçik uşaqlara təcavüz edilir, hamilə qadınlarını qarınlarını deşərək körpələri öldürülür. Müsəlmanlar ağlagəlməz zülm və işgəncələrə məruz qalır. Demək olar ki, bütün dünyanı cənginə alan bu vəziyyət, xüsusilə, müsəlmanlara edilən zülmlər sürətlə artır.

Dünya isə İslam coğrafiyasında tüğyan edən bu zülmlərə sadəcə susur. Oxumağa davam et

Terrorun Dini Yoxdur

officials-nsa-scheme-foiled-terrorist-plots-in-over-20-countriesDünyanın hər yerində zülmün, zorakılığın və nifrətin adiləşdiyi dövrdəyik.  Demək olar ki, hər gün bir bölgədən qanlı xəbərlər gəlir və zorakılığın hədəfi də əsasən məsum insanlar olur.

Son günlərdə Keniya və Pakistanda baş verən terror hadisələri də dünya gündəminə bir daha İslam və zorakılıq mövzusunu gətirdi. İslamın sevgi və sülh dini olduğunu, inancı, irqi, dili və düşüncəsindən asılı olmayaraq hər kəsin birinci sinifdən olan insan münasibəti görməsini müdafiə edən din olduğunu bütün dünya bilir. Oxumağa davam et

Niyə İslam Birliyi?

Birləşmiş Ərəb Əmirlikləri: Dubay

İslam dünyasının gələcəyinin dünyada sülhün və təhlükəsizliyin bərqərar olması ilə birbaşa bağlı olduğu bir çox mütəfəkkirlər tərəfindən ifadə edilir. İslam dünyası təxminən 1.2 milyardlıq əhalisi (müsəlmanlar dünya əhalisinin təxminən 1/4 hissəsini təşkil edir), sahib olduğu yeraltı zənginlikləri, yerləşdiyi ərazinin strateji əhəmiyyəti ilə böyük gücə malikdir. II Dünya Müharibəsinə qədər əksəriyyəti müstəmləkə altında olan müsəlman ölkələri II Dünya Müharibəsindən sonra başlayan müstəmləkə inqilabları ilə müstəqilliklərini qazanmış və bu vəziyyət İslam coğrafiyasının görünüşünü dəyişdirmişdir. İslamın yayıldığı ərazidə əsl dəyişiklik isə Soyuq Müharibənin sona çatması ilə başlamışdır. Bu tarixə qədər Afrika-Asiya ərazisi kimi qəbul edilən İslam dünyası Albaniya və Bosniyadan tutmuş, Çeçenistan və Tacikistana qədər davam edən Avrasiya (Avropa-Asiya) ərazisini əhatə etmişdir. 80-ci illərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan yeganə müsəlman ölkə Türkiyə idisə, bu gün bu ədəd doqquza çatmışdır.

Oxumağa davam et