“… Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdə (sizə günah) var. Allah Bağışlayandır, Rəhmlidir”. (“Əhzab” surəsi, 5)
İslam dini
Din Əxlaqına Gözəl Öyüd-Nəsihətlə Dəvət Edək
«İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, haqq yolda olanları da daha yaxşı tanıyır!» («Nəhl» surəsi, 125).
İslam dininin xüsusiyyəti bu dinin insanın onu yalnız öz daxilindən gələrək və qəlbən qəbul edərək yaşaması ilə Allah dərgahında qəbul edilən bir inanc sistemi olmasıdır. Allah dinin bu xüsusiyyətini Quranın bir çox ayələrində izah etmişdir. Məsələn, namaz qılan bir insan namazını Allah üçün istəyərək və sevərək qılmalıdır. Həmçinin mal-dövlətindən Allah yolunda xərcləyən bir insanın həmin ibadətinin Allah dərgahında qəbuledilən olması onun verdiyi bu sədəqəni istəyərək və sevərək verməsinə bağlıdır.
Bir insan müsəlman olmaq üçün Oxumağa davam et
Əhəmiyyət Verilməyən Quran Hökmləri
Bəzi insanlar dinə inandıqları və Quranı demək olar ki, hər gün oxuduqları halda Quranın bəzi ayələrini qulaqardına vurur, onlara etinasız münasibət göstərirlər. Bəziləri bu səhvə məlumatsızlıq və ya şüursuzluq ucbatından yol verdiyi halda, digərləri həmin hökmlərə qurduqları Qurandan kənar məntiqlərinin təsiri altında bilərəkdən əhəmiyyət vermirlər. Bu zaman onlar Quran hökmlərinə bilərəkdən etinasızlıqla yanaşmağın Allah dərgahında onlara nə qədər böyük məsuliyyət yüklənəcəyini və onları Allah rizasından necə uzaqlaşdıracağını isə əsla fikirləşmirlər. Halbuki Allahın hökmlərinə diqqətlə yanaşmayan insanların axirətdə əzabla qarşılaşacağı Quran ayələrində xüsusi şəkildə vurğulanır.
Bu düşüncəyə malik olan insanlar özlərinin Qurandan kənar məntiqlərinə əsaslanaraq, Allahın hökmləri arasında bir növ əhəmiyyətlilik və birincilik sıralaması qurur, hətta bəzi hökmləri öz həyatlarından tamamilə çıxararaq onları bir kənara atırlar. Belə bir yanlış din anlayışı yüzillər ərzində üst-üstə yığılmış adətlər şəklində nəsildən-nəslə ötürülərək dövrümüzə qədər gəlib çatmışdır. Din haqqında geniş yayılmış yanlış təsəvvürlərə görə, birinci yerə layiq görülüb, xüsusi əhəmiyyət verilən hökmlər aradan qaldırıldığı zaman insan daxilən vicdan əzabı keçirə bilər. Buna baxmayaraq, Quranda yer alıb, eyni dərəcədə əhəmiyyət verilməyən əmr və qadağalar aradan qaldırıldığı zaman insan heç bir narahatlıq hissi keçirməz. Quranda fərz (vacib) olduğu açıq şəkildə bildirilən bir çox mövzu «yerinə yetirsən savabdır, yetirməsən də heç bir şey olmaz» məntiqi ilə qiymətləndirilir. İnsanların qorxub çəkinməli olduğu qadağalar isə «Allah bağışlayar» məntiqi ilə asanlıqla pozulur.
Halbuki Quranın heç bir ayəsində belə bir meyardan bəhs edilmir. Namaz və oruc ibadətləri Allahın qəti əmri olduğu kimi, Quranda göstərilən başqa əmr və qadağalar da eynilə bütün möminlərin tabe olmaları vacib olan qəti hökmlərdir. Oxumağa davam et
“Növlərin Təkamülü” İddiasının Elmə Verdiyi Zərərlər
Yer üzündə milyonlarla canlı növu var və bu canlı növləri bir-birlərindən bir çox cəhətlərinə görə fərqlənirlər. Atlar, quşlar, ilanlar, kəpənəklər, balıqlar, pişiklər, yarasalar, soxulcanlar, qarışqalar, fillər, ağcaqanadlar, arılar, delfinlər, dəniz ulduzları, meduzalar, dəvələr… Bu canlıların hər birinin fiziki xüsusiyyətləri, yaşadıqları mühit, ov üsulları, müdafiə taktikaları, qidalanma vərdişləri, çoxalmaları, qısaca olaraq, malik olduqları hər cür xüsusiyyətləri arasında böyük fərqlər var.
Bəs bu canlılar necə meydana çıxıblar?
Bu sual üzərində ağlını istifadə edərək düşünən hər kəs bütün canlıların qüsursuz yaradıldıqlarını anlayacaqdır. Hər bir dizayn onu quran dizaynerin varlığını göstərir. Canlılar da kainatdakı digər bütün dizayn nümunələri kimi Allahın varlığını sübut edir.