İslam Əxlaqında Sevgi və Keyfiyyət Anlayışı

69679_533607856678824_646159616_nDövrümüzdə bir çox müsəlman ölkəsində həqiqi İslam anlayışından uzaq, bayağı həyat tərzi var. Bu bayağılıq sadəcə bəzi nəzakət qaydaları və nəzakətdən uzaq davranışlar demək deyil. Bayağılıq Allah’ın qədrini layiqincə təqdir etməməkdən, həqiqi Quran əxlaqı ilə yaşamamaqdan qaynaqlanan yanlış həyat tərzidir. Bu yanlış həyat tərzi insanın düşüncə tərzindən zövqünə, həyatındakı hədəflərindən gözəllik, estetika və zarafat anlayışına, söhbət mövzularından mimikalarına qədər bütün həyatını əhatə edən geniş anlayışdır.

İnternetdəki axtarış saytlarının şəkillər bölməsinə ingiliscə müsəlman sözü yazdıqda bayraq yandıran, bir-birinə hücum edən, üzlərində nifrət dolu qorxunc ifadə ilə bağıran insanların şəkilləri çıxır. Dünyada müsəlmanlar haqqında bu cür yanlış təsəvvür oyatmağa çalışırlar. Oxumağa davam et

Peyğəmbərimizin (s.ə.v.) Göstərdiyi Yola Uyğun Hərəkət Etmək

Peyğəmbərimiz (s.ə.v.), hal-hazırda yaşadığımız dövrü əhatə edən axır zaman haqqında ətraflı şəkildə məlumat vermişdir.  Müsəlmanların bir çox çətinlik və əzabla qarşılaşmağı axır zamanın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Çünki, bu dövr, Peyğəmbərimizin (s.ə.v.) xəbər verdiyi kimi, dinsizliyin geniş şəkildə yayılacağı, materialist və Darvinist ideologiyaların hər yerdə təbliğ ediləcəyi, insanların çoxunun din əxlaqından uzaqlaşacağı, səmimi olaraq iman edənlərin sayca çox az olacağı, Allahın açıq-aşkar inkar ediləcəyi (Allahı tənzih edirik), İraq və Əfqanıstan kimi müsəlman ölkələrinin işğal ediləcəyi, Qüdsdə müsəlmanların mühasirəyə alınacağı, bir çox İslam ölkəsində höküməti zalımların ələ keçirəcəyi və xalqa zülm edəcəyi, bütün dünyanı anarxiya və terrorun bürüyəcəyi, fitnələrdən biri sona çatmamış digərinin başlayacağı,  günahsız insanların öldürüləcəyi, qadınların və uşaqların qətl ediləcəyi, insanların qorxu və dəhşət içində yaşayacaqları, bütün bunlara baxmayaraq, müsəlmanların dağınıq olacağı bir dövrdür. Oxumağa davam et

Hz. Mehdi (ə) Heç Kimin Anlayıb-Qavramayacağı Bir Ruh Deyil, Peyğəmbərimizin (s.ə.v.) Xəbər Verdiyi Yüzlərlə Əlaməti Özündə Cəmləşdirən Mübarək Bir İnsandır

Peyğəmbər Əfəndimizin (s.ə.v.) hədislərində və İmam Rəbbani, Cəlaləddin Suyuti, Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin izahlarında Hz. Mehdinin (ə) fiziki və əxlaqi xüsusiyyətləri, harada ortaya çıxacağı, çıxışının əlamətlərinin nələr olduğu, ona necə beyət ediləcəyi təfərrüatlı şəkildə təsvir edimişdir. MEHDİYƏTİ İZAH EDƏN MİNLƏRLƏ HƏDİSDƏ HZ. MEHDİ (ə) BİR ŞƏXS, ALLAHIN ÜSTÜN ELMLƏR VERDİYİ BİR BƏŞƏR OLARAQ BİLDİRİLİR. HEÇ BİR HƏDİSDƏ HZ. MEHDİNİN (ə) RUH OLDUĞU BİLDİRİLMƏYİB. BELƏ BİR EYHAM, BİR İŞARƏ YOXDUR.

1400 ildir İslam dünyasından heç kim Hz. Mehdinin (ə) ruh olaraq gələcəyini iddia etməyib. Peyğəmbərimizin (s.ə.v.) bütün xüsusiyyətləriylə xəbər verdiyi bu mübarək şəxsin gəlişini həyəcanla gözləyən təxminən 1,5 milyardlıq İslam aləmi də ruh və ya mücərrəd bir varlıq gözləmir. Bütün İslam dünyası müsəlmanların mənəvi lideri olacaq, onları birləşdirəcək Hz. İsa (ə) ilə birlikdə İslam əxlaqını dünyaya hakim edəcək, dünyada Əsri-Səadət dövrü kimi gözəl bir dövrə vəsilə olacaq bu mübarək şəxsi həyəcanla gözləyir. Oxumağa davam et

Risale-i Nur Külliyatında Hz. İsa Və Hz. Mehdi Həqiqəti

Allah (əzəldən) belə yazmışdır: “MƏN VƏ ELÇİLƏRİM HÖKMƏN QALIB GƏLƏCƏYİK !” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.(Mücadələ surəsi, 21)

İslam əxlaqının dünyaya hakim olacağı Quranda vədd edilib. Quranda İslam əxlaqının hakimiyyətinə açıq-aşkar işarə edilir. Bu ayələrdən bəziləri belədir: Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi YER ÜZÜNÜN VARİSLƏRİ EDƏCƏYİNİ, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur surəsi, 55) Oxumağa davam et