İslam dünyası və keyfiyyət

Qərbin gizli güclərinin, xüsusilə də son əsrdə Yaxın Şərq mövzusunda daima fəaliyyətdə olduğu artıq sirr deyil. Dövrümüzün dəhşət verici qanlı görüntüləri şübhəsiz ki, müəyyən edilmiş bir planın parçası olaraq ortaya çıxıb.

Amma bu planları bilərək bütün təqsiri Qərbin üstünə atmaq, o batil “düşmən”ə təhdidlər yağdırmaq və beləliklə baş verən faciədən azacıq da olsun dərs almamaq müsəlman cəmiyyətlərinə yaraşmır. İslam aləmi də öz üzərindəki məsuliyyəti görmək məcburiyyətindədir. Yaxın Şərq üzərində hazırlanan gizli planlara şərait hazırlamaq, fanatiklərin pəncəsinə düşmüş bəzi icmaların bilmədən və istəmədən də olsa etdiyi bir işdir. Buna görə qərbli gizli qüvvələr Yaxın Şərq cəmiyyətlərini hər zaman “istismarı asan” olaraq görmüş, etdiyinin doğru olduğuna inanmışdır. Şübhəsiz ki, demokratiya nöqsanı, azadlıq çatışmazlığı, bəzi ərazilərdə qadına verilməyən dəyər buna ən çox səbəb olan amillərdir. Lakin burada üzərində durulacaq amil bəzi təbəqələrin bəzən din, bəzən də həyat tərzi olaraq təmsil etdiyi keyfiyyət problemidir. Oxumağa davam et