Qadınları sosial həyatdan uzaqlaşdırmaq siyasətinin yanlışlığı

Qadın-kişi ayrıseçkiliyi geridə qalmış ölkələrdə olduğu kimi, inkişaf etmiş ölkələrdə də çox böyük biris_kadinlari_icin_stil_onerisi_h1374 problemdir. Bu problemin qəbul edilməsi isə daha da böyük problemə çevrilib.

 Bəzi cəmiyyətlərdə qadınlar kişilərin kölgəsi kimi qəbul edilir, özü də bu qəribə düşüncə təhsili olub-olmamasından asılı olmayaraq bütün dünyaya hakim olmuş vəziyyətdədir.

Cinsi ayrıseçkilik cəmiyyətdə qadınların əsas xidmətlərdən istifadə edə bilməməsi, kişilərlə bərabər olmayan şərtlərdə yaşaması, şiddətə məruz qalması, siyasətdə və iş həyatında az təmsil edilməsi şəklində təqdim olunur.  Oxumağa davam et

XURAFAT: Qurani-kərimdən xəbərsiz «müsəlmanların» dini

Dünyada İslam adına ortaya çıxan böyük kütlə var. Qurandan xəbərsizdirlər. Özlərinin uydurduğu xurafatlardan1380145_478866382228056_2036446243_n ibarət batil dinlə yaşayırlar. Quranda olmayan bir şeyin olduğunu deyir, halalı haram edir, yeni bidətlər uydurur, sevgi və sülh dini olan İslamı nifrət və müharibə dininə çevirməyə çalışırlar. Ən təhlükəli cəhətlərindən biri də bu dinə İslam adını vermələri və İslam adı altında həyata keçirdikləri fəaliyyətlərlə İslama zərər vermələridir.

Onların dinində hər şey qadağandır. Gülmək, xoşbəxt olmaq, təhsilli və baxımlı olmaq, Allah`ın verdiyi və halal etdiyi bütün nemətlər haramdır. Onların dinində nifrət, qəzəb və bədbəxtlik var. O din qapqaranlıqdır, çünki haqq olanı tətbiq etmirlər. Haqqın yerinə batili qoyublar. Qurana zidd olan uydurma sözləri hədis adlandıraraq Peyğəmbərimizə (s.ə.v) iftira atırlar (Peyğəmbərimizi (s.ə.v) tənzih edirik). Quranı dəyişdirməyə, yeni din meydana gətirməyə çalışırlar. Uydurduqları dini isə heç özləri də tətbiq etmirlər. Oxumağa davam et