İslam dünyası və keyfiyyət

Qərbin gizli güclərinin, xüsusilə də son əsrdə Yaxın Şərq mövzusunda daima fəaliyyətdə olduğu artıq sirr deyil. Dövrümüzün dəhşət verici qanlı görüntüləri şübhəsiz ki, müəyyən edilmiş bir planın parçası olaraq ortaya çıxıb.

Amma bu planları bilərək bütün təqsiri Qərbin üstünə atmaq, o batil “düşmən”ə təhdidlər yağdırmaq və beləliklə baş verən faciədən azacıq da olsun dərs almamaq müsəlman cəmiyyətlərinə yaraşmır. İslam aləmi də öz üzərindəki məsuliyyəti görmək məcburiyyətindədir. Yaxın Şərq üzərində hazırlanan gizli planlara şərait hazırlamaq, fanatiklərin pəncəsinə düşmüş bəzi icmaların bilmədən və istəmədən də olsa etdiyi bir işdir. Buna görə qərbli gizli qüvvələr Yaxın Şərq cəmiyyətlərini hər zaman “istismarı asan” olaraq görmüş, etdiyinin doğru olduğuna inanmışdır. Şübhəsiz ki, demokratiya nöqsanı, azadlıq çatışmazlığı, bəzi ərazilərdə qadına verilməyən dəyər buna ən çox səbəb olan amillərdir. Lakin burada üzərində durulacaq amil bəzi təbəqələrin bəzən din, bəzən də həyat tərzi olaraq təmsil etdiyi keyfiyyət problemidir. Oxumağa davam et

İslam Əxlaqında Sevgi və Keyfiyyət Anlayışı

69679_533607856678824_646159616_nDövrümüzdə bir çox müsəlman ölkəsində həqiqi İslam anlayışından uzaq, bayağı həyat tərzi var. Bu bayağılıq sadəcə bəzi nəzakət qaydaları və nəzakətdən uzaq davranışlar demək deyil. Bayağılıq Allah’ın qədrini layiqincə təqdir etməməkdən, həqiqi Quran əxlaqı ilə yaşamamaqdan qaynaqlanan yanlış həyat tərzidir. Bu yanlış həyat tərzi insanın düşüncə tərzindən zövqünə, həyatındakı hədəflərindən gözəllik, estetika və zarafat anlayışına, söhbət mövzularından mimikalarına qədər bütün həyatını əhatə edən geniş anlayışdır.

İnternetdəki axtarış saytlarının şəkillər bölməsinə ingiliscə müsəlman sözü yazdıqda bayraq yandıran, bir-birinə hücum edən, üzlərində nifrət dolu qorxunc ifadə ilə bağıran insanların şəkilləri çıxır. Dünyada müsəlmanlar haqqında bu cür yanlış təsəvvür oyatmağa çalışırlar. Oxumağa davam et