Fitnə Ünsürləri

Mö­mi­nin dün­ya hə­ya­tın­da ne­cə ya­şa­ma­lı olduğunu hər şe­yin ya­ra­dıcısı olan Al­lah ən in­cə təf­si­la­tı­na qə­dər bil­dir­miş­dir. Ancaq insan istək və ehtiraslarını ölçü olaraq götürdüyündə, nəfsinin arzu və istəklərini dinin mənfəətlərindən və Allahın razılığından üstün tuta bilir və nəticədə qəflət dolu bir ruh halına girir.  Be­lə olduğu təqdirdə Al­la­hın vacib bu­yur­duq­la­rı­nı ta­ma­mi­lə dan­ır, ciddi şəkildə cəhd etməsi lazım olan hallarda səh­lən­kar və məsuliyyətsiz mü­na­si­bət göstərmiş olur.

Al­lahın dün­ya ne­mət­lə­ri­nin ötə­ri ol­du­ğu­nu və dün­ya­nın bir im­ta­han ye­ri ol­du­ğu­nu də­fə­lər­lə bil­dir­mə­si­nə bax­ma­ya­raq, bu cür in­sanlar dün­ya­nı özlərinə «əsl yurd» seç­mək­lə axi­rət­dən ta­ma­mi­lə üz çe­virirlər.

Qu­ra­nı nə­zə­rə al­ma­yan bir in­san sa­də­cə dün­ya­ya yö­nəl­miş məq­səd­lər seç­məklə, im­ta­han üçün ya­ra­dı­lan ha­di­sə­lər içə­ri­sin­də bo­ğul­ur. Al­lah mal-döv­lə­tin və eləcə də uşaq­la­rın fit­nə ola­ca­ğı­nı bir ayə­sin­də be­lə xə­bər ve­rir:

«Hə­qi­qə­tən, mal-döv­lə­ti­niz və oğul-uşa­ğı­nız an­caq bir im­ta­han­dır (fit­nə­dir). Ən bö­yük mü­ka­fat isə Al­lah dər­ga­hın­da­dır!» («Tə­ğa­bun» su­rə­si, 15).

Ərəb di­lin­də «im­ta­han» kəl­mə­si­nin baş­qa mə­na­la­rı ol­ma­sı­na bax­ma­ya­raq, bun­lar üçün «fit­nə» kəl­mə­si­nin iş­lə­dil­mə­si ol­duq­ca diq­qət çək­ir. Çün­ki in­san dün­ya­da­kı və­zi­fə­si­ni an­la­ma­dan «müt­ləq ev­lən­mə­li­yəm», « ai­ləm, uşaq­la­rım ol­ma­lı­dır», «mal-mülk sa­hi­bi ol­ma­lı­yam» de­yə dü­şü­nə­rək Oxumağa davam et