İslam Aləminin Qurtuluşu Üçün Allahın Quranda Bildirdiyi Həll Yollarını Tətbiq Etmək Lazımdır.

Allah Quranda müsəlmanların həyatlarının hər anında , baş verən hər hadisə qarşısında necə davranmalı olduqlarını xəbər vermişdir. Əgər bir müsəlman baş verən hər hansı bir hadisə qarşısında Allahın Quranda buyurduğu həll yoluna görə deyil, öz ağlına,məntiqinə görə hərəkət edərsə Allah bu yolda o insana müvəffəqiyyət nəsib etməz. İslam aləminə də müvəffəqiyyət qazanmaq üçün, maddi – mənəvi gözəlliyə xidmət edən güc sahibi olmaq, rahatlığa çıxmaq, inkişaf etmək üçün, əzilməmək və məğlub olmamaq üçün yol göstərmişdir.

Allahın göstərdiyi bu yol – əzablar, axan qanlar, zülmlər, təzyiqlər, haqsızlıqlar sona çatanadək, yəni yer üzündə fitnə qalmayana qədər – din Allahın olana qədər, yəni Quran əxlaqı dünyanın dörd bir tərəfinə hakim olana və Peyğəmbərimizin (s.ə.v.) dövründəki kimi yaşanana qədər elmlə, mədəniyyətlə, fəlsəfəylə, sənətlə, fikirlə Allah yolunda mübarizə etməkdir: Oxumağa davam et