Mükəmməl Uçma Mexanizmləri: Iynəcələr

Uçuşu hansı sürətdə və hansı istiqamətdə olsa da, iynəcələr ani surətdə dayanıb tərs istiqamətə doğru uçmağa başlayacaq qədər qüsursuz uçma bacarığına malikdirlər. Bundan başqa, havada sabit dayanıb ovuna hücum etmək üçün uyğun mövqe tuta bilirlər. Həmçinin bu vəziyyətdə ikən olduğu yerdə cəld dönərək ovuna yönələ bilir. Bunlar iynəcələrin dövrümüzün qabaqcıl texnologiyasının məhsulu olan vertolyotlara ilham mənbəyi olan manevr qabiliyyətlərindən bir neçəsidir.

Iynəcənin bədəni metalla örtülmüş təəssüratı verən halqalı quruluşa malikdir. Buz mavisindən bordo rənginə (tünd qırmızı) qədər müxtəlif rənglərə malik olan iynəcənin belində biri qabaqda, digəri arxada olmaqla iki cür qanad var. Qanadlar əks zamanlı işləyir. Yəni Oxumağa davam et