Yerin kütləsi və maqnit sahəsinin həyat üçün əhəmiyyəti

van-allen-maqnit-sahesi1Yerin, Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər, böyüklüyü də əhəmiyyətlidir. Planetimizi, kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt, planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında, planetimizin böyüklüyü təsadüfənmi təyin edilib?

Oxumağa davam et

İşıq-atmosfer uyğunluğu

sunshine-day-of-the-tree-2Günəşdən yayılan şüalar həyatı dəstəkləmək üçün xüsusi olaraq yaradılmışlar. Lakin bu mövzuda çox mühüm bir amil var: Bu şüalar Yer səthinə çata bilmək üçün, atmosferdən keçmək məcburiyyətindədirlər.

Əgər atmosfer, bu şüaları keçirəcək quruluşa sahib olmasaydı, əlbəttə ki, bu şüaların bizə heç bir faydası olmazdı. Lakin atmosferimiz, bu faydalı şüaların keçməsinə imkan verən özünəməxsus quruluşa malikdir.

Oxumağa davam et

Məşhur alimlər kainatın yaradıldığını qəbul edir

maxresdefaultXX əsr elmi, kainatın Allah tərəfindən yaradıldığını sübut edən açıq dəlillər ortaya qoymuşdur. “Antropik prinsip” (“anthropic principle”)məhfumu, kainatın hər bir incəliyinin canlıların yarana bilməsi üçün tənzimləndiyini və bu sistemdə təsadüfə yer olmadığını göstərir.

Qəribə olan, bəhs olunan tapıntıları ortaya çıxardan və “kainat təsadüflə izah oluna bilməz” nəticəsinə gələn elm adamlarının çox böyük hissəsinin, əslində bu nəticəyə gəlməyi elə də arzulamayan, çünki materialist dünyagörüşünə sahib elm adamları olmasıdır. Oxumağa davam et

Həyat üçün zəruri olan tarazlıqlar siyahısı

worldYer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yaza bilərik. Məsələn, Amerikalı astronom Hyu Ros (Hugh Ross), Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:

Yerin cazibə qüvvəsi:

  • Əgər daha güclü olsaydı: Yer kürəsi atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı.
  • Yox əgər daha zəif olsaydı: Yer kürəsi atmosferi çox su itirər və həyat mümkün olmazdı.

Oxumağa davam et

Kainatın genişlənməsi və “böyük partlayış” nəzəriyyəsinin yaranması

hleZpoD1920-ci illər, müasir astronomiyanın inkişafı baxımından çox mühüm illər idi. 1922-ci ildə rus fiziki Aleksandr Fridman, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə kainatın sabit olmadığını və ən kiçik bir qarşılıqlı təsirin kainatın genişlənməsinə və ya daralmasına səbəb olacağını müəyyənləşdirdi. Fridmanın gətirdiyi çıxış yolunun əhəmiyyətini ilk görən insan isə, Belçikalı astronom Corc Lemetr (Georges Lemaître) oldu. Lemetr (Lemaître), bu çıxış yollarına əsaslanaraq kainatın bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən dayanmadan genişləndiyini irəli sürdü. Həmçinin, bu başlanğıc anından gəlib çıxan radiasiyanın da ortaya çıxarıla biləcəyini ifadə etdi.

Bu elm adamlarının nəzəri hesablamaları o zaman çox diqqət çəkməmişdi. Lakin 1929-cu ildə müşahidə olunmuş bir dəlil, elm aləminə bomba kimi düşdü. Həmin il Kaliforniyadakı Maunt Vilson rəsədxanasında, Amerikalı astronom Edvin Habl (Edwin Hubble) astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habl (Hubble), istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən, ulduzların aralarındakı məsafəyə əsasən qırmızı rəngə çalan işıq yaydıqlarını müəyyənləşdirdi. Bu fikir, həmin vaxtadək qəbul edilən kainat anlayışını kökündən sarsıtdı

Oxumağa davam et

Mikro elektrik açarlarına ilham mənbəyi olan palma böcəkləri

Bu gün bir çox elm adamı və tədqiqat-təkmilləşdirmə (ARGE) mütəxəssisi layihələrinə başlamazdanmikro-anahtarlara-ilham-olan-palmiye-bocekleri_591x270 əvvəl canlılardakı nümunələri araşdırır, onlardakı sistemləri və dizaynları təqlid edirlər. Başqa sözlə, elm adamları Allahın təbiətdə yaratdığı sistemləri tədqiq edir və bunlardan ilham alaraq yeni texnologiya məhsulları icad edirlər. Palma böcəkləri də elm adamlarına ilham verən minlərlə canlıdan biridir. Oxumağa davam et