Yerin, Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər, böyüklüyü də əhəmiyyətlidir. Planetimizi, kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt, planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında, planetimizin böyüklüyü təsadüfənmi təyin edilib?
kainatdaki hessas tarazliq
Atmosferin həyat üçün ideal uyğunluğu
Yer kürəsi, indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün, kifayət etmir. Çox mühüm olan digər bir şərt, atmosferin quruluşudur.
Məşhur alimlər kainatın yaradıldığını qəbul edir
XX əsr elmi, kainatın Allah tərəfindən yaradıldığını sübut edən açıq dəlillər ortaya qoymuşdur. “Antropik prinsip” (“anthropic principle”)məhfumu, kainatın hər bir incəliyinin canlıların yarana bilməsi üçün tənzimləndiyini və bu sistemdə təsadüfə yer olmadığını göstərir.
Qəribə olan, bəhs olunan tapıntıları ortaya çıxardan və “kainat təsadüflə izah oluna bilməz” nəticəsinə gələn elm adamlarının çox böyük hissəsinin, əslində bu nəticəyə gəlməyi elə də arzulamayan, çünki materialist dünyagörüşünə sahib elm adamları olmasıdır. Oxumağa davam et
Müasir elm: kainat yoxdan yaradılmışdır
“Klassik olaraq, “böyük partlayış” (Big Bang) nəzəriyyəsi, kainatın bütün parçalarının birdən genişlənməyə başladığını qəbul edir. Lakin kainatın bütün parçaları necə eyni anda genişlənməyə başlaya bilər? Əmri verən kimdir?”
Andrey Linde (kosmologiya professoru) (1).
Kainatın genişlənməsi və “böyük partlayış” nəzəriyyəsinin yaranması
1920-ci illər, müasir astronomiyanın inkişafı baxımından çox mühüm illər idi. 1922-ci ildə rus fiziki Aleksandr Fridman, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə kainatın sabit olmadığını və ən kiçik bir qarşılıqlı təsirin kainatın genişlənməsinə və ya daralmasına səbəb olacağını müəyyənləşdirdi. Fridmanın gətirdiyi çıxış yolunun əhəmiyyətini ilk görən insan isə, Belçikalı astronom Corc Lemetr (Georges Lemaître) oldu. Lemetr (Lemaître), bu çıxış yollarına əsaslanaraq kainatın bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən dayanmadan genişləndiyini irəli sürdü. Həmçinin, bu başlanğıc anından gəlib çıxan radiasiyanın da ortaya çıxarıla biləcəyini ifadə etdi.
Bu elm adamlarının nəzəri hesablamaları o zaman çox diqqət çəkməmişdi. Lakin 1929-cu ildə müşahidə olunmuş bir dəlil, elm aləminə bomba kimi düşdü. Həmin il Kaliforniyadakı Maunt Vilson rəsədxanasında, Amerikalı astronom Edvin Habl (Edwin Hubble) astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habl (Hubble), istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən, ulduzların aralarındakı məsafəyə əsasən qırmızı rəngə çalan işıq yaydıqlarını müəyyənləşdirdi. Bu fikir, həmin vaxtadək qəbul edilən kainat anlayışını kökündən sarsıtdı
Böyük partlayış nəzəriyyəsinin qələbəsi
1948-ci ildə Corc Qamov, (George Gamow) Corc Lemetrin (Georges Lemaître) hesablama işlərini genişləndirdi və böyük partlayışa bağlı olaraq yeni bir tezis irəli sürdü. Bu tezisə görə, kainat böyük partlayış nəticəsində meydana gəlibdirsə, kainatda bu partlayışdan gəlib çıxan müəyyən miqdarda radiasiya qalığı olmalıydı. Həmçinin bu radiasiya qalığı kainatın hər yerində bərabər miqdarda olmalıydı.
Böyük partlayış nəzəriyyəsinə qarşı etirazların əsassızlığı
Yaradılış həqiqətinə edilən etirazlar və əsassızlığı
Buraya qədər araşdırdığımız kimi, böyük partlayışın kainatın yoxdan yaradıldığı mənasını verdiyi, yəni yaradılışı sübut etdiyi açıqdır. Bundan ötrü də, materialist fəlsəfəni mənimsəmiş astronom və fiziklər, bu həqiqətə qarşı çıxa bilmək üçün, bəzi alternativ izahlar gətirməyə çalışıblar. Bunlardan biri olan “stasionar kainat” nəzəriyyəsinə əvvəlki səhifələrdə toxunmuş və bu nəzəriyyənin əslində “kainatın yaradılması fikrindən fəlsəfi olaraq narahat olan” bəzi elm adamlarının ümidsiz səyi olduğunu ifadə etmişdik. Oxumağa davam et
Kainatdakı Həssas Tarazlıq
Kainatımızı, Süd yolu qalaktikasını, Günəş sistemini və yaşadığımız Yer planetini əhatə edən möhtəşən tarazlıq var. Bu həssas tarazlıq və ölçülərin hər biri insanın yaşaması üçün xüsusi olaraq hesablanmış və təşkil edilmişdir. Kainatımızı ətraflı araşdırsaq, ən fundamental kosmik qanunlardan ən yüksək fiziki dəyərlərə, ən kiçik tarazlıqlardan ən incə hesablara qədər hər şeyin ayrılıqda çox həssas şəkildə nizamlandığını görərik.
Kainatın genişlənmə sürətindən Yerin Süd yolu qalaktikasındakı mövqeyinə, günəş şüalarının tərkibindən suyun axıcılıq dəyərinə, Ayın Yerdən uzaqlığından atmosferdəki qazların nisbətinə qədər saysız faktor insan həyatının mövcud olması üçün ən ideal ölçülərdə nizamlanmışdır. Belə ki, bu saysız faktorlardan yalnız birində kiçik dəyişiklik olsa, bu, kainatda canlılığın məhv olmasına gətirib çıxarar. Oxumağa davam et