Məşhur alimlər kainatın yaradıldığını qəbul edir

maxresdefaultXX əsr elmi, kainatın Allah tərəfindən yaradıldığını sübut edən açıq dəlillər ortaya qoymuşdur. “Antropik prinsip” (“anthropic principle”)məhfumu, kainatın hər bir incəliyinin canlıların yarana bilməsi üçün tənzimləndiyini və bu sistemdə təsadüfə yer olmadığını göstərir.

Qəribə olan, bəhs olunan tapıntıları ortaya çıxardan və “kainat təsadüflə izah oluna bilməz” nəticəsinə gələn elm adamlarının çox böyük hissəsinin, əslində bu nəticəyə gəlməyi elə də arzulamayan, çünki materialist dünyagörüşünə sahib elm adamları olmasıdır. Oxumağa davam et

Müasir elm: kainat yoxdan yaradılmışdır

2genisleyen-evrende-de-enerji-korunuyor-mu“Klassik olaraq, “böyük partlayış” (Big Bang) nəzəriyyəsi, kainatın bütün parçalarının birdən genişlənməyə başladığını qəbul edir. Lakin kainatın bütün parçaları necə eyni anda genişlənməyə başlaya bilər? Əmri verən kimdir?”

Andrey Linde (kosmologiya professoru) (1).

Oxumağa davam et

Kainatdakı Həssas Tarazlıq

Kainatımızı, Süd yolu qalaktikası, Günəş sistemini və yaşadığımız Yer planetini əhatə edən möhtəşən  tarazlıq var. Bu həssas tarazlıq və ölçülərin hər biri insanın yaşaması üçün xüsusi olaraq hesablanmış və təşkil edilmişdir. Kainatımızı ətraflı araşdırsaq, ən fundamental kosmik qanunlardan ən yüksək fiziki dəyərlərə, ən kiçik tarazlıqlardan ən incə hesablara qədər hər şeyin ayrılıqda çox həssas şəkildə nizamlandığını görərik.

Kainatın genişlənmə sürətindən Yerin Süd yolu qalaktikasındakı mövqeyinə, günəş şüalarının tərkibindən suyun axıcılıq dəyərinə, Ayın Yerdən uzaqlığından atmosferdəki qazların nisbətinə qədər saysız faktor insan həyatının mövcud olması üçün ən ideal ölçülərdə nizamlanmışdır. Belə ki, bu saysız faktorlardan yalnız birində kiçik dəyişiklik olsa, bu, kainatda canlılığın məhv olmasına gətirib çıxarar. Oxumağa davam et