Təkamülçülər ssenarilərini təbii təsirlərə və təsadüflərə əsaslandırırlar. Bunu edərkən ən çox arxalandıqları məfhumlardan biri isə uzun zaman məfhumudur. Məsələn, Darvini dəstəkləyən alman elm adamı Ernst Hekel gözlənilərsə, palçıqlı sulardan canlı hüceyrənin çıxa biləcəyini iddia etmişdir. XX əsr ərzində hüceyrənin mürəkkəb quruluşunun müəyyən olunması ilə bu iddianın nə qədər cəfəng olması məlum olmuş, amma təkamülçülər uzun zaman anlayışı ilə gözdən pərdə asmağa davam etmişlər.
Əslində, bu yolla canlıların təsadüflər nəticəsində necə ortaya çıxması sualına cavab vermək əvəzinə mövzunu bir az da çətinləşdirərək problemdən xilas olmağa çalışırlar. Oxumağa davam et