Bir ayə bir açıqlama: “Bəqərə” surəsi, 165

    1456073_481911795256848_1656888046_nİnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir… (Bəqərə surəsi, 165)
Rəbbimiz bu ayədə möminlər və iman gətirməyənlər arasındakı sevgi anlayışının fərqini bildirir. Ayədə bildirildiyi kimi, insanların bir qismi (Allahı tənzih edirik) Allaha şərik qoşur və digər varlıqları Allahı sevən kimi sevirlər. Quran əxlaqından uzaq yaşayan insanlar sevgini əsl mənbəyi olan  uca Allahı sevmək əvəzinə birbaşa Onun təcəllisi olan varlıqlara (Allahı tənzih edirik) sevgi bəsləyirlər. Halbuki, bu, uca Allahın əsla bağışlamayacağını xəbər verdiyi (Nisa surəsi, 48) və Quranda Allaha şərik qoşmaq kimi bildirilən yanlış sevgi anlayışıdır.Kamil iman Oxumağa davam et

“İnşaAllah” və “maşaAllah” Sözlərində Xüsusi Sirr Var

* “İnşaAllah” və “maşaAllah” sözlərinin çox zikr edilməsində xüsusi sirr nədən ibarətdir?

* “İnşaAllah” və “maşaAllah” sözlərini lazım olduğunda söyləmək nə üçün əhəmiyyətlidir?

Rəbbimiz sonsuz mərhəmət sahibidir. Həyatları boyu onlara bənzərsiz nemətlər lütf edir. Fiziki nemətlərlə bərabər, çox saylı mənəvi nemətlər də verir: səhvlərini bağışlayır, tövbələrini qəbul edir, onları qoruyur, pisliklərini örtür, hidayətlərini artırır, doğru yola yönəldir. Allah hər şeyi möminlərin lehinə edir və onları müxtəlif yollarla dəstəkləyir.  Quranda keçən “inşaAllah” və “maşaAllah” sözlərində də belə böyük, dərin məna və rəhmət var. Oxumağa davam et

Kamil iman sahibinin düşüncəsi və ağlı

– Quran ayələri haqqında lazımi qədər dərindən düşünən,

– hər şeyi Quran məntiqilə qiymətləndirən,

– hər hadisədə müsbət düşünən,

– vicdanın istiqamətləndirdiyi şəkildə hərəkət edən,

– hər hadisənin qədərdə  Allahın təqdir etdiyi şəkildə meydana gəldiyini bilərək düşünən,

– hər hadisənin ardında gizlənən xeyir və hikməti görməyə çalışan,

– ayaq üstə, oturarkən, yatarkən, hər an daim Allahı düşünən,

– Allahın varlığını və yaratma sənətini dərindən düşünən,

– Allahın diqqət çəkdiyi mövzuları və iman həqiqətlərini araşdırıb düşünən,

– suallarının cavablarını yalnız Qurandan tapan, Oxumağa davam et

Kamil iman sahibinin qədər (tale) anlayışı

– Hər şeyin bir qədərlə  yaradıldığını,

– doğumdan ölümə qədər hər hadisəni Allahın xüsusi olaraq planlaşdırdığını,

– hər hadisənin ancaq Allahın təqdir etdiyi zamanda reallaşacağını,

– Allaha qəlbən tam güvənərək bağlanmalı olduğunu,

– qəlbən itaət etmənin məqbul olduğunu,

– Allahın bütün zamanları bir an içində gördüyünü,

– yalnız Allaha təslim olmanın vacibliyini,

– nə edirsə-etsin, nəticəni Allahın təyin edəcəyini,

– Allaha tam təslim olduğu təqdirdə əsla qəmgin olmayacağını,

– Allahın yaratdığı hər görüntüdən razı olmalı olduğunu bilər, Oxumağa davam et

Kamil iman sahibinin Allah inancı necədir?

– Allahdan başqa İlah olmadığını,

– hər hadisəni yaradanın ancaq Allah olduğunu,

– hər işi idarə edənin Allah olduğunu,

– bütün qəlblərin ancaq Allahın idarəsində olduğunu,

– Allahın hər şeyi ehtiva etdiyini,

– qədəri (taleyi) müəyyən etdiyini,

– hər şeyə gücünün yetdiyini və dilədiyini etdiyini,

– hər hadisədən xəbərdar olduğunu və hər şeyi eşidib gördüyünü,

– hər şeyi qoruduğunu,

– qeybi bildiyini, Oxumağa davam et